Polis maşında tiktok yayımı edənlərə MÜRACİƏT EDİB
11 Noyabr 2026, 10:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
599
29.05.2026, 13:58
Məktəb kitabxanaçılarının sertifikasiyaya cəlb olunacağı ilə bağlı açıqlamalardan sonra diqqətlər məktəb psixoloqları və laborantların da bu prosesə daxil edilib-edilməyəcəyinə yönəlib. Təhsil ekspertləri hesab edir ki, xüsusilə psixoloqların sertifikasiyası məktəblərdə baş verən bir çox problemlərin qarşısının alınmasına təsir göstərə bilər.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, növbəti mərhələdə məktəb psixoloqları və kitabxanaçıların sertifikasiya imtahanına cəlb olunması ehtimalı yüksəkdir.
Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi tərəfindən də məktəb psixoloqlarının sertifikasiyadan keçirilməsi ilə bağlı mesajlar verilib:
“Mən hesab edirəm ki, ən doğru yol budur. Çünki orta ümumtəhsil məktəblərində məktəb psixoloqlarının rolu əvəzolunmazdır. Hər hansı insident olmaması üçün məktəb psixoloqları çox operativ işləməlidirlər”.
Ekspert qeyd edib ki, sertifikasiya məktəbdə çalışan psixoloqların peşəkar səviyyəsinin müəyyənləşdirilməsi baxımından vacibdir:
“Sertifikasiya artıq göstərəcək ki, məktəb psixoloqu kimi çalışan şəxslər həqiqətən öz sahəsinin mütəxəssisidirmi. Bu, məktəblərdə çalışan psixoloqların müəyyən qədər nizamlanmasına gətirib çıxaracaq”.
Ramin Nurəliyev bildirib ki, hazırda məktəb psixoloqları çox vaxt problem yarandıqdan sonra prosesə müdaxilə edir:
“Əslində belə olmamalıdır. Məktəb psixoloqları əvvəlcədən problemli uşaqları müəyyən etməli, onlarla və valideynlərlə mütəmadi işləməlidirlər. Lazım gəldikdə həmin uşaqlar daha təcrübəli mütəxəssislərə yönləndirilməlidir”.
Ekspertin fikrincə, psixoloqların sertifikasiyası məktəblərdə baş verən bəzi insidentlərin azalmasına da səbəb ola bilər.
Ramin Nurəliyev kitabxanaçılar və laborantlarla bağlı da sertifikasiyanın vacib olduğunu deyib:
“Elektron kitabxanalar genişlənir. Bu sistemləri bilən şəxslərin kitabxanalarda işləməsi vacibdir. Eyni zamanda laborantlar da texnologiyaları bilməli, elektron sistemlərlə işləmə bacarığına sahib olmalıdırlar”.
O qeyd edib ki, istər laboratoriyalarda, istərsə də məktəblərin texniki sahələrində çalışan şəxslərin müasir texnologiyalara uyğun biliklərə malik olması artıq zərurətə çevrilib.
Ekspert hesab edir ki, sertifikasiya ümumilikdə məktəblərdə peşəkarlığın və məsuliyyətin artmasına səbəb olacaq.\\modern.az
10:48 / 11 Noyabr 2026
1
10:45 / 11 Noyabr 2026
16
10:33 / 11 Noyabr 2026
42
10:19 / 11 Noyabr 2026
61
10:13 / 11 Noyabr 2026
57
10:10 / 11 Noyabr 2026
70
10:10 / 11 Noyabr 2026
179
10:09 / 11 Noyabr 2026
104
09:56 / 11 Noyabr 2026
67
09:37 / 11 Noyabr 2026
729
09:35 / 11 Noyabr 2026
103
09:29 / 11 Noyabr 2026
84
09:25 / 11 Noyabr 2026
91
09:24 / 11 Noyabr 2026
78
09:22 / 11 Noyabr 2026
111
09:20 / 11 Noyabr 2026
85
08:58 / 11 Noyabr 2026
140
08:53 / 11 Noyabr 2026
473
01:50 / 11 Noyabr 2026
421
01:00 / 11 Noyabr 2026
202
00:31 / 11 Noyabr 2026
285
23:59 / 10 Noyabr 2026
248
23:57 / 10 Noyabr 2026
305
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.