Polis maşında tiktok yayımı edənlərə MÜRACİƏT EDİB
11 Noyabr 2026, 10:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
697
29.05.2026, 12:48
Azərbaycanda müharibə veteranlarına göstərilən sosial dəstək məsələsi hər zaman diqqət mərkəzində olub. Son illərdə maaş və sosial ödənişlərdə aparılan artımlar fonunda veteranlara verilən Prezident təqaüdünün də artırılması ilə bağlı gözləntilər artıb.
Bəs yaxın vaxtlarda müharibə veteranlarına ödənilən aylıq təqaüdün məbləği artırıla bilərmi?
Oxu24.com xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, müharibə veteranlarına verilən 80 manat müavinət rəsmi olaraq Azərbaycan Respublikası Prezidentinin təqaüdü adlanır və bu sosial dəstək dövlətin veteranlara göstərdiyi diqqət və qayğının nümunəsidir.
“Təqaüdün məbləğinin artırılması məsələsi ölkənin sosial siyasəti, iqtisadi imkanları və dövlət başçısının qərarı əsasında müəyyən edilir. Dövlət hər zaman şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sosial müdafiəsini diqqətdə saxlayıb. Son illərdə maaşların, pensiyaların və müxtəlif sosial müavinətlərin mərhələli şəkildə artırılması da bunun göstəricisidir.
Veteranlara verilən Prezident təqaüdünün gələcəkdə artırılıb-artırılmaması ilə bağlı yekun qərar məhz ölkə rəhbərliyi tərəfindən verilir.
Veteranlar cəmiyyətin xüsusi hörmət göstərdiyi təbəqədir və dövlətin bu istiqamətdə sosial dəstəyi davamlı xarakter daşıyır”.
Qeyd edək ki, son illərdə sosial paketlər çərçivəsində müxtəlif kateqoriyalara aid müavinət və təqaüdlərin artırılması həyata keçirilib. Bu isə müharibə veteranlarına verilən Prezident təqaüdünün də gələcəkdə artırılması ilə bağlı gözləntiləri artırır.
10:48 / 11 Noyabr 2026
1
10:45 / 11 Noyabr 2026
16
10:33 / 11 Noyabr 2026
42
10:19 / 11 Noyabr 2026
61
10:13 / 11 Noyabr 2026
57
10:10 / 11 Noyabr 2026
70
10:10 / 11 Noyabr 2026
179
10:09 / 11 Noyabr 2026
104
09:56 / 11 Noyabr 2026
67
09:37 / 11 Noyabr 2026
729
09:35 / 11 Noyabr 2026
103
09:29 / 11 Noyabr 2026
84
09:25 / 11 Noyabr 2026
91
09:24 / 11 Noyabr 2026
78
09:22 / 11 Noyabr 2026
111
09:20 / 11 Noyabr 2026
85
08:58 / 11 Noyabr 2026
140
08:53 / 11 Noyabr 2026
473
01:50 / 11 Noyabr 2026
421
01:00 / 11 Noyabr 2026
202
00:31 / 11 Noyabr 2026
285
23:59 / 10 Noyabr 2026
248
23:57 / 10 Noyabr 2026
305
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.