Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16202
az

Milli Məclisin deputatı ölümlə təhdid olunur — ŞOK

16:2527 İyul, 2019
584
CƏMİYYƏT
  • A
  Məni ölümlə təhdid edənlərin kimliyini hüquq-mühafizə orqanlarının özləri araşdırıb, ortaya çıxarmalıdırlar.
Oxu24.com bildirir ki, bu sözləri sherq.az-a geniş müsahibəsində millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili qeyd edib ki, son günlər sosial şəbəkələrdə, xüsusən də feysbukda ona qarşı iyrənc kampaniya aparılır, təhqirlər səsləndirilir:
"Bir ölkənin parlament üzvü ölümlə təhdid olunursa, aidiyyəti qurumlar araşdırmalıdır, bunların kim olduqlarını, nələrlə məşğul olduqlarını üzə çıxarmalıdırlar. Təəssüf ki, belə məsələlərlə bağlı yetərincə sağlam yanaşma yoxdur. Bu halda bizim müraciətimiz, tək hərəkət etməyimiz yetərincə effekt verməyəcək. Gərək hüquq-mühafizə orqanlarının özləri sosial şəbəkələrlə bağlı müəyyən addımlar atsınlar. Bu təhqir mafiyasını, saxta profil arxasında gizlənənləri tapmaq, şəxsiyyətini müəyyənləşdirmək elə də çətin deyil. Onların kimliyini müəyyənləşdirmək məncə problem deyil. Ciddi işləsələr saxta şəbəkə üzvlərini üzə çıxarmaq mümkündür”.
Xatırladaq ki, millət vəkili Fazil Mustafaya qarşı son günlər sosial şəbəkələrdə kampaniya aparılır. Hətta bəzi profillər təhqir statuslarının şərhlərində millət vəkilini ölümlə də təhdid edirlər. Açıq şəkildə "bu deputat öldürülməlidir”, "Fazil Mustafanın başını kəsmək lazımdır” kimi çağırışlar edilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ilk arxa kameralı avtomobili - VİDEO
Azərbaycanlı gənc Türkiyədə vəfat etdi
Romantik səhər öpüşünün inanılmaz zərərləri

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş