Köhnə avtomobilini utilizasiyaya verən sürücü nə qədər pul qazana bilər? – Məbləğ necə hesablanır?
23 Oktyabr 2026, 19:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
902
19.05.2026, 12:18
16 May, 2026-cı il tarixində Bakı Dövlət Universitetində (BDU) Türk dünyasının musiqi brendi və Türk mədəniyyəti və irsinin səfiri, dünya şöhrətli “TURAN” etno-folklor ansamblı tərəfindən möhtəşəm mühazirə-konsert keçirilib. Konsert Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuşdur.
Tədbirin açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Azərbaycan xalqını qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edib. O, bu əlamətdar bayramın Azərbaycan dövlətçiliyinin suverenliyinin, milli birliyinin və gücünün rəmzi olduğunu qeyd edib. Aktotı Raimkulova vurğulayıb ki, müstəqil Azərbaycan Prezident Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi altında inamla inkişaf edir, beynəlxalq arenada öz mövqelərini möhkəmləndirir və Türk dünyasının inkişafına, birliyinə mühüm töhfələr verir. Professor Aktotı Raimkulova, həmçinin bu qəbildən olan tədbirlərin türk xalqları arasında mədəni əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətini xüsusi qeyd edib.
"Turan" ansamblının çıxışları Türk dünyasının birliyini, onun qədim köklərini və ortaq mədəni irsini əks etdirən bədii izahlarla müşayiət olunub. Ansambl üzvləri, həmçinin tələbələrə türk xalqlarının folklor sənəti, milli geyimlərin xüsusiyyətləri və qədim musiqi alətlərinin mənşəyi barədə ətraflı məlumat veriblər.
19:17 / 23 Oktyabr 2026
10
19:02 / 23 Oktyabr 2026
40
18:44 / 23 Oktyabr 2026
58
18:33 / 23 Oktyabr 2026
64
18:24 / 23 Oktyabr 2026
68
18:16 / 23 Oktyabr 2026
71
17:52 / 23 Oktyabr 2026
75
17:47 / 23 Oktyabr 2026
273
17:21 / 23 Oktyabr 2026
1957
17:15 / 23 Oktyabr 2026
81
17:10 / 23 Oktyabr 2026
79
16:56 / 23 Oktyabr 2026
133
16:41 / 23 Oktyabr 2026
79
16:38 / 23 Oktyabr 2026
99
16:28 / 23 Oktyabr 2026
325
16:25 / 23 Oktyabr 2026
91
16:24 / 23 Oktyabr 2026
89
16:13 / 23 Oktyabr 2026
128
16:10 / 23 Oktyabr 2026
79
16:03 / 23 Oktyabr 2026
136
15:47 / 23 Oktyabr 2026
2258
15:46 / 23 Oktyabr 2026
82
15:14 / 23 Oktyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.