"Space" TV-də daha iki verilişin yayımı dayandırıldı
27 Aprel 2026, 22:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
216
27.04.2026, 19:56
“Ümumdünya Meteorologiya Təşkilatının son hesabatları qlobal iqlim sistemində ciddi yerdəyişmələrin anonsunu verir. 2026-cı ilin ortalarından etibarən Sakit Okeanda yaranan və bütün planetin hava şəraitinə birbaşa təsir edən El Nino cərəyanının yenidən aktivləşməsi gözlənilir”.
Qışın bir addımlığında yaz havası: Nə baş verir?
Oxu24.com bu fikirləri Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında səsləndirib:
“Ekvatorial Sakit Okeanın dəniz səthi temperaturlarında müşahidə olunan sürətli artım, 2026-cı ilin may-iyul aylarında iqlim modellərinin dəyişəcəyinə işarədir. “Normaldan yuxarı quru səthi temperaturlarının qlobal dominantlığı” proqnozlaşdırılır ki, bu da davam edən qlobal istiləşmə tempini daha da sürətləndirə bilər.
İstilik dalğalarının intensivliyi artır, şiddətli quraqlıq və ya qəfil sel və daşqınların başvermə ehtimalı əhəmiyyətli dərəcədə yüksəlir. ABŞ-ın cənubu, Afrika Buynuzu (Somali), Mərkəzi Asiya və Cənubi Amerikanın cənubunda rütubətlilik artacaq. Avstraliya, İndoneziya və Cənubi Asiyanın bəzi hissələri ciddi quraqlıq riski ilə üzləşəcək. Sakit Okean hövzəsində qasırğaların sayı artsa da, Atlantik okeanında bu aktivliyin azalması gözlənilir”.
Cavid Hüseynov vurğulayıb ki, dünya iqtisadiyyatı da bu dəyişikliklərə qarşı çox həssasdır.
Həmçinin oxuyun
“Kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi, su qıtlığı və enerji resurslarına tələbatın artması 2026-cı ilin ikinci yarısı üçün əsas çağırışlar olacaq. El Nino sadəcə təbii dövr deyil, o, antropogen iqlim dəyişikliyinin təsirlərini “gücləndirən” bir katalizator rolunu oynayır. El Nino hadisəsinin ölkəmizin iqliminə təsiri okeanlardan uzaqlıq və mürəkkəb relyef səbəbindən birbaşa deyil, daha çox dolayı yollarla və müəyyən bir vaxt fərqi ilə hiss olunacaq. 2026-cı ilin ortalarında başlaması gözlənilən El Nino cərəyanı qlobal temperaturu artırdığı üçün, Azərbaycanda da ekstremal isti dalğalarının tezliyi və müddəti arta bilər. Yay aylarında temperaturun normadan bir neçə dərəcə yüksək olması və “isti gecələr”in sayının artması gözlənilir. Bu, xüsusilə şəhər yerlərində “isti ada” effektini gücləndirərək əhalinin sağlamlığına və enerji sistemlərinə (kondisioner istifadəsi) əlavə yük salacaq”.
İqlimşünas əlavə edib ki, Mərkəzi Asiya və Qafqaz regionu üçün El Nino adətən qış və erkən bahar aylarında yağıntıların bir qədər artması ilə əlaqələndirilir.
“2026-cı ilin son rübü və 2027-ci ilin əvvəli üçün yağıntıların normadan çox olması ehtimalı var. Bu, dağlıq rayonlarda sel və daşqın riskini artıra bilər. Lakin yay aylarında El Ninonun yaratdığı yüksək buxarlanma su ehtiyatlarının idarə olunmasını çətinləşdirəcək. Yüksək temperaturlar su anbarlarından buxarlanmanı sürətləndirə bilər.
Azərbaycanın aqrar sektoru bu iqlim dəyişikliklərinə qarşı ən həssas sahədir. Yaz aylarındakı qeyri-sabit yağıntılar taxılçılıq və meyvəçilik üçün risk yaradacaq. El Nino birbaşa Xəzər dənizinə təsir etməsə də, Volqa çayı hövzəsindəki yağıntı modellərini dəyişdirə bilər”.
22:44 / 27 Aprel 2026
21
22:42 / 27 Aprel 2026
59
22:42 / 27 Aprel 2026
30
22:32 / 27 Aprel 2026
52
22:26 / 27 Aprel 2026
27
22:13 / 27 Aprel 2026
28
22:09 / 27 Aprel 2026
47
22:01 / 27 Aprel 2026
124
21:56 / 27 Aprel 2026
831
21:53 / 27 Aprel 2026
56
21:52 / 27 Aprel 2026
40
21:43 / 27 Aprel 2026
261
21:40 / 27 Aprel 2026
46
21:38 / 27 Aprel 2026
55
21:27 / 27 Aprel 2026
66
21:15 / 27 Aprel 2026
148
21:02 / 27 Aprel 2026
72
20:45 / 27 Aprel 2026
54
20:30 / 27 Aprel 2026
200
20:22 / 27 Aprel 2026
181
20:08 / 27 Aprel 2026
136
19:46 / 27 Aprel 2026
79
19:35 / 27 Aprel 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.