Qaynar xətt:

(+99450) 247 90 86

Bu şəxslər 1000 manat cərimələnəcək - VİDEO 

Bu şəxslər 1000 manat cərimələnəcək - VİDEO 

CƏMİYYƏT

97

19.04.2026, 19:40

Köhnə mebelləri, tikinti qalıqlarını bəzən hara gəldi atmaq yalnız görüntü çirkliliyi deyil, həm də qanun pozuntusudur.

Bir çoxumuz fərqində olmasaq da, bu davranışa görə kifayət qədər ağır cəzalar tətbiq oluna bilər.

Bəs bu qaydalara əməl etməyənləri hansı hüquqi məsuliyyət gözləyir?

Oxu24.com xəbər verir ki, mövzuya hüquqşünas Ramil Əfəndi münasibət bildirib.

O, qeyd edib ki, təmir tullantıları və məişət əşyalarının zibil qutularına, və ya kənar ərazilərə atılması nəticəsində fiziki şəxslər 700 manatdan 1 000 manatadək cərimələnə bilərlər.

“Bu qaydanı pozan vəzifəli şəxslər 3 000 manatdan 4 000 manatadək, hüquqi şəxslər isə 8 500 manatdan 10 000 manatadək cərimə oluna bilərlər”, – deyə o bildirib.

Daha ətraflı İctimai TV-nin videomaterialında: