Qaynar xətt:

(+99450) 247 90 86

Sexdə partlayış: xəsarət alan var 

Sexdə partlayış: xəsarət alan var 

CƏMİYYƏT

98

19.04.2026, 18:45

Lənkəranda maşın təmiri sexində bədbəxt hadisə baş verib.

Oxu24.com -un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran Füzuli küçəsi “Kürə” deyilən ərazidə qeydə alınıb. Lənkəran şəhər sakini, sözügedən sexdə usta işləyən 1991-ci il təvəllüdlü İlham Şahvəli oğlu Qasımlı benzinlə ehtiyatsız davranıb. Bu zaman benzindən yaranan partlayışın alovu ustaya ciddi xəsarət yetirib.

İ.Qasımlı yanıq xəsarətləri ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona bədənin çoxsaylı yanığı, üz və hər iki qolun 2-ci dərəcəli termiki yanıq diaqnozu təyin ediblər. Xəsarət alana ilkin tibbi yardım göstərilib və vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.