Bakıda Pirşağı istiqamətində marşrut avtobusları yenilənir
12 Noyabr 2026, 16:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
997
08.04.2026, 12:36
Azərbaycanda son günlər müşahidə olunan subasma hadisələri daşınmaz əmlak bazarında müəyyən suallar doğurub. Xüsusilə su altında qalan ərazilərdə evlərin qiymətinin necə dəyişəcəyi və bu ərazilərdə mülk alarkən nələrə diqqət edilməli olduğu ictimaiyyəti maraqlandıran əsas mövzulardandır.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bazarın mövcud reallıqlarını və alıcılar üçün "qırmızı xətləri" açıqlayıb.
Vüqar Orucun sözlərinə görə, hazırda subasma baş verən ərazilərdə ev alqı-satqısı ilə bağlı müraciətlərdə kəskin azalma müşahidə olunur:
"Hazırda həmin ərazilərə müraciətlər dayanıb. Bu, bir müddətdən sonra sözügedən ərazilərdə qiymətlərin ya stabilləşməsi, ya da cüzi enməsi ilə nəticələnəcək. Lakin bu proses bütün daşınmaz əmlak bazarına təsir göstərməyəcək. Bazarımız dinamikdir və qiymətlər təbiət hadisələrindən deyil, investisiya cazibədarlığı, mikro və makroiqtisadi amillərlə tənzimlənir”.
Ekspert qeyd edib ki, Türkiyədə baş verən zəlzələ nümunəsində olduğu kimi, təbii fəlakətlərin bazarın ümumi trendinə təsiri müvəqqəti xarakter daşıyır.
Alıcılar yenə də həmin ərazilərə müraciət etməyə məcbur olacaq?
Maraqlıdır ki, risklərə rəğmən müəyyən bir alıcı kütləsi hələ də bu ərazilərə maraq göstərə bilər. V.Oruc bunu maddi imkanlarla əlaqələndirir:
"Hündürmərtəbəli binalarda və ya yüksək keyfiyyətli fərdi yaşayış sahələrində ev almağa imkanı çatmayan şəxslər, ucuz qiymət amilinə görə yenə də həmin ərazilərə müraciət etməyə məcbur olacaqlar. Amma bu, yalnız infrastruktur bərpa olunduqdan sonra baş verə bilər”.
Ev alarkən bu "Qırmızı Xətlərə" diqqət!
Vüqar Oruc subasma riski olan ərazilərdə ev almaq istəyənlər üçün həyati vacib xəbərdarlıqlar edib. Onun sözlərinə görə, aşağıdakı hallar "qırmızı xətt" hesab olunmalıdır:
* İnfrastrukturun olmaması: Əgər ərazidə drenaj, kanalizasiya və kollektor sistemi yoxdursa, təkrar subasma qaçılmazdır.
* Çıxarışsız (Kupçasız) evlər: Sənədsiz evlərin alınması ən böyük risklərdən biridir. Bu, həm hüquqi problemlər, həm də dövlət təminatının olmaması deməkdir.
* Sığortalanmayan mülklər: Sığortası olmayan evlər fəlakət qarşısında tamamilə müdafiəsizdir.
* Hədsiz ucuz qiymət: Evin ucuz olması onun ciddi gizli problemlərinin (məsələn, qrunt sularının səviyyəsi) olmasından xəbər verə bilər.
* Texniki qüsurlar: Kürsüsü (hündürlüyü) olmayan, birbaşa yerdən başlayan evlər və hidroizolyasiyası olmayan tikililər subasma zamanı ən çox zərər görən mülklərdir.
Sonda ekspert bildirib ki, hər kiçik yağışda problem yaşanan yerlərdən ev almaq vətəndaşlar üçün həm maddi, həm də mənəvi baxımdan ağır nəticələrə səbəb ola bilər.
Çimnaz Telmanqızı
16:21 / 12 Noyabr 2026
1
15:55 / 12 Noyabr 2026
61
15:36 / 12 Noyabr 2026
253
15:15 / 12 Noyabr 2026
51
15:12 / 12 Noyabr 2026
72
14:15 / 12 Noyabr 2026
124
14:04 / 12 Noyabr 2026
333
13:59 / 12 Noyabr 2026
294
13:55 / 12 Noyabr 2026
113
13:45 / 12 Noyabr 2026
202
13:36 / 12 Noyabr 2026
255
13:29 / 12 Noyabr 2026
119
13:21 / 12 Noyabr 2026
138
13:20 / 12 Noyabr 2026
161
13:18 / 12 Noyabr 2026
508
13:16 / 12 Noyabr 2026
166
13:07 / 12 Noyabr 2026
447
13:04 / 12 Noyabr 2026
113
13:00 / 12 Noyabr 2026
126
12:40 / 12 Noyabr 2026
134
12:25 / 12 Noyabr 2026
159
12:05 / 12 Noyabr 2026
152
11:55 / 12 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.