Bakıda Pirşağı istiqamətində marşrut avtobusları yenilənir
12 Noyabr 2026, 16:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
603
08.04.2026, 12:30
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
İdarədən Oxu24.com-a verilən xəbərə görə, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Baş Dövlət Yol Polisi İdarəsi intensiv yağışlardan sonra növbəti əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir. Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər".
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur: "Həmçinin, piyadalar da mövcud hava şəraitini nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər".
16:21 / 12 Noyabr 2026
1
15:55 / 12 Noyabr 2026
61
15:36 / 12 Noyabr 2026
253
15:15 / 12 Noyabr 2026
51
15:12 / 12 Noyabr 2026
72
14:15 / 12 Noyabr 2026
124
14:04 / 12 Noyabr 2026
333
13:59 / 12 Noyabr 2026
294
13:55 / 12 Noyabr 2026
113
13:45 / 12 Noyabr 2026
202
13:36 / 12 Noyabr 2026
255
13:29 / 12 Noyabr 2026
119
13:21 / 12 Noyabr 2026
138
13:20 / 12 Noyabr 2026
161
13:18 / 12 Noyabr 2026
508
13:16 / 12 Noyabr 2026
166
13:07 / 12 Noyabr 2026
447
13:04 / 12 Noyabr 2026
113
13:00 / 12 Noyabr 2026
126
12:40 / 12 Noyabr 2026
134
12:25 / 12 Noyabr 2026
159
12:05 / 12 Noyabr 2026
152
11:55 / 12 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.