Bakıda Pirşağı istiqamətində marşrut avtobusları yenilənir
12 Noyabr 2026, 16:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
730
08.04.2026, 12:08
Azərbaycanın avtomobil bazarında istifadə olunmuş nəqliyyat vasitələrinə tələbatın artması ilə yanaşı, alıcıların aldadılması hallarına da tez-tez rast gəlinir. Xüsusilə yürüş məsafəsinin (probeq) geri çəkilməsi, qəza tarixçəsinin gizlədilməsi və texniki nasazlıqların müxtəlif üsullarla ört-basdır edilməsi əsas problemlərdəndir.
Oxu24.com xəbər verir ki, avtomobil alarkən aşağıdakı rəsmi və texniki yoxlanış mərhələlərindən keçməyi tövsiyə edir:
1.Avtomobili almazdan əvvəl onun üzərində hər hansı həbs (qarşılıqlı öhdəlik), bank krediti və ya ödənilməmiş cərimələrin olub-olmadığını dəqiqləşdirmək lazımdır. Bu məlumatları Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi saytı və ya "e-POLİS" tətbiqi vasitəsilə yoxlamaq mümkündür.
2.Rəsmi qeydiyyat zamanı mütləq avtomobilin kuzov (VIN) və mühərrik nömrələri texniki pasportdakı məlumatlarla müqayisə edilməlidir. Nömrələrin silinməsi və ya dəyişdirilməsi aşkar edilərsə, bu, avtomobilin cinayət yolu ilə əldə edilməsi və ya qeyri-qanuni yollarla ölkəyə gətirilməsi deməkdir.
3.Avtomobili sadə "usta" yanına aparmaqla kifayətlənməyin.
Avtomobilin elektron beynində silinmiş xətalar və təhlükəsizlik yastıqlarının (airbag) vəziyyəti yoxlanılmalıdır. Müasir avtomobillərdə real yürüş məsafəsini müxtəlif elektron bloklar vasitəsilə dəqiqləşdirmək olur. Xüsusi cihazlarla rəng qatının qalınlığı ölçülməli, avtomobilin ciddi qəza keçirib-keçirmədiyi müəyyən edilməlidir.
Pul ödənişi edilməzdən əvvəl Notariat kontorunda rəsmi alqı-satqı müqaviləsi bağlanmalıdır. Şifahi razılaşma və ya "etibarnamə ilə sürmək" gələcəkdə həm alıcı, həm də satıcı üçün hüquqi risklər yaradır.
Ucuz qiymətə təklif olunan avtomobillərə qarşı ikiqat diqqətli olun. Çox vaxt gizli qüsurlar məhz bazar qiymətindən aşağı satılan maşınlarda olur."
Oxu24.com xatırladır ki, ucuz qiymətə təklif olunan avtomobillərə qarşı ikiqat diqqətli olun. Çox vaxt gizli qüsurlar məhz bazar qiymətindən aşağı satılan maşınlarda olur.
Düzgün yoxlanış həm büdcənizi qoruyur, həm də yollarda təhlükəsizliyinizi təmin edir.
Çimnaz Telmanqızı
16:25 / 12 Noyabr 2026
21
16:21 / 12 Noyabr 2026
32
15:55 / 12 Noyabr 2026
68
15:36 / 12 Noyabr 2026
278
15:15 / 12 Noyabr 2026
55
15:12 / 12 Noyabr 2026
74
14:15 / 12 Noyabr 2026
127
14:04 / 12 Noyabr 2026
343
13:59 / 12 Noyabr 2026
300
13:55 / 12 Noyabr 2026
114
13:45 / 12 Noyabr 2026
207
13:36 / 12 Noyabr 2026
263
13:29 / 12 Noyabr 2026
124
13:21 / 12 Noyabr 2026
146
13:20 / 12 Noyabr 2026
169
13:18 / 12 Noyabr 2026
520
13:16 / 12 Noyabr 2026
168
13:07 / 12 Noyabr 2026
459
13:04 / 12 Noyabr 2026
114
13:00 / 12 Noyabr 2026
130
12:40 / 12 Noyabr 2026
135
12:25 / 12 Noyabr 2026
159
12:05 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.