Gecə növbəsində kimlər işləyə bilməz? – Əmək Məcəlləsində VACİB QAYDALAR
30 Sentyabr 2026, 17:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
692
06.04.2026, 11:02
Azərbaycanda operativ nəqliyyat vasitələrinin siyahısı genişləndirilir.
Oxu24.com xəbər verir ki, bu, "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişiklikdə əks olunub.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bugünkü birgə iclasında müzakiryə çıxarılan dəyişikliyə əsasən, prokurorluq orqanlarına məxsus olan və kriminalistik avadanlıqlarla təmin edilərək hadisə yerində təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi, növbətçi əməkdaşların hadisə yerinə çatdırılması və ya təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri də operativ nəqliyyat vasitəsi hesab ediləcək.
Sənəddə vurğulanıb ki, dəyişiklik hüquq-mühafizə, habelə digər xüsusi təyinatlı dövlət orqanlarının fəaliyyətinin daha səmərəli təşkilinə yönəlib. Xüsusilə prokurorluq orqanlarına məxsus, kriminalistik avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələrinin bu kateqoriyaya daxil edilməsi mövcud praktiki tələbatdan irəli gəlir.
Belə ki, hadisə yerinə operativ şəkildə çatdırılmanın təmin edilməsi, təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi və operativ-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin nəqliyyat vasitələrinin digər operativ xidmətlərlə eyni hüquqi statusa malik olması zərurəti yaranıb.
Qeyd olunub ki, dəyişiklik hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsini, hadisələrə çevik reaksiya verilməsini və cinayətlərin açılması prosesinin artırılmasını təmin edəcək. Eyni zamanda, bu nəqliyyat vasitələrinə xüsusi işıq və səs siqnallarından istifadə hüququnun verilməsi onların yol hərəkətində üstünlüyünü təmin etməklə ictimai təhlükəsizliyin daha etibarlı qorunmasına xidmət edəcək.
17:49 / 30 Sentyabr 2026
17
17:29 / 30 Sentyabr 2026
48
17:15 / 30 Sentyabr 2026
53
17:06 / 30 Sentyabr 2026
62
17:04 / 30 Sentyabr 2026
487
17:02 / 30 Sentyabr 2026
119
16:40 / 30 Sentyabr 2026
424
16:20 / 30 Sentyabr 2026
58
16:13 / 30 Sentyabr 2026
64
15:55 / 30 Sentyabr 2026
68
15:46 / 30 Sentyabr 2026
61
15:35 / 30 Sentyabr 2026
82
15:31 / 30 Sentyabr 2026
68
15:19 / 30 Sentyabr 2026
80
15:08 / 30 Sentyabr 2026
77
15:01 / 30 Sentyabr 2026
134
14:49 / 30 Sentyabr 2026
81
14:36 / 30 Sentyabr 2026
80
14:24 / 30 Sentyabr 2026
85
14:22 / 30 Sentyabr 2026
505
14:11 / 30 Sentyabr 2026
71
14:02 / 30 Sentyabr 2026
546
13:57 / 30 Sentyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.