Bakıda Pirşağı istiqamətində marşrut avtobusları yenilənir
12 Noyabr 2026, 16:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
643
05.04.2026, 14:10
Erməni separatizminin, Qarabağ avantürasının, Azərbaycan türklərinə qarşı sistemli terrorun ideoloqlarından və təşkilatçılarından biri olan bədnam yazıçı Zori Balayan 91 yaşında vəfat edib.
Oxu24.com xəbər verir ki,bu barədə filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli sosial şəbəkə hesabında paylaşım edib.
"O, 80-ci illərin əvvəllərində yazdığı və və tarixi təhriflərlə dolu olan “Ocaq” əsəri ilə ermənilər arasında məşhurlaşmışdı. Balayan bu kitabda Qarabağ torpağının ermənilərə məxsusluğunu, həmçinin türklərin, o cümlədən azərbaycanlıların Rusiya düşməni olmasını iddia etmişdi.
Ermənistan mediasında onun fəaliyyətini "erməni xalqına xidmət" kimi qeyd edənlər də, bu fəaliyyəti zərərli sayıb tənqid edənlər də, hətta ona lənət yağdırıb "zdox" (gəbərib) yazanlar da var.
Azərbaycanda isə Z.Balayan birmənalı olaraq hər iki xalqın düşməni, separatizmin qızışdırıcısı, terror dəstəkçisi və Xocalı qatillərindən biri kimi tanınır. O, yaddaşlarda Xocalı soyqırımında azyaşlı azərbaycanlı uşağın dərisinin necə soyulmasını və ölümünü ləzzətlə seyr edib bu epizodu kitabına daxil edən arsız, qəddar və şərəfsiz bir iblis kimi nifrətlə xatırlanacaq...
Yaxşı ki Z.Balayan çox yaşayıb Ermənistana birləşdirmək istədiyi Qarabağın siyasi taleyini, “Artsax” mifinin puçluğunu, bu savaşda Azərbaycanın Zəfərini və faciələrinə səbəb olduğu Qarabağ ermənilərinin "miatsum"unun acınacaqlı sonunu gördü",-deyə professor qeyd edib.
Miri Məcidli
17:19 / 12 Noyabr 2026
55
16:25 / 12 Noyabr 2026
77
16:21 / 12 Noyabr 2026
100
15:55 / 12 Noyabr 2026
93
15:36 / 12 Noyabr 2026
446
15:15 / 12 Noyabr 2026
154
15:12 / 12 Noyabr 2026
92
14:15 / 12 Noyabr 2026
177
14:04 / 12 Noyabr 2026
456
13:59 / 12 Noyabr 2026
358
13:55 / 12 Noyabr 2026
126
13:45 / 12 Noyabr 2026
245
13:36 / 12 Noyabr 2026
338
13:29 / 12 Noyabr 2026
145
13:21 / 12 Noyabr 2026
162
13:20 / 12 Noyabr 2026
189
13:18 / 12 Noyabr 2026
601
13:16 / 12 Noyabr 2026
187
13:07 / 12 Noyabr 2026
507
13:04 / 12 Noyabr 2026
124
13:00 / 12 Noyabr 2026
134
12:40 / 12 Noyabr 2026
137
12:25 / 12 Noyabr 2026
166
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.