Bakıda avtobuslarda YENİLİK: Gedişhaqqı 13 noyabrdan...
12 Noyabr 2026, 18:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1395
03.04.2026, 10:44
Azərbaycanda taksilərin icbari sığorta xərcləri artırılır.
"Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Qaydalar"a dəyişikliklər təsdiq edilib.
Bu barədə oxu24.com Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, avto-icbari sığorta növü üzrə sığorta haqları avtonəqliyyat vasitəsinin istismarı zamanı üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarını əhatə edən risk amillərinə əsaslanan əmsallar tətbiq olunmaqla müəyyən olunur.
Təyinatı sərnişin daşımaları üçün müəyyən edilən taksi avtonəqliyyat vasitələrinin mütəmadi və intensiv yol hərəkətində istifadəsi bu sahədə hadisələrin başvermə tezliyinin yüksək olması nəticəsində qəza riskinin artmasına səbəb olur. Aparılan təhlillər şəxsi məqsədlərlə istifadə olunan avtonəqliyyat vasitələrinə münasibətdə sərnişin daşımalarında istifadə olunan taksi avtonəqliyyat vasitələrinin üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarının yüksək olmasını göstərib.
Qeyd olunan amillər taksi fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinə münasibətdə xüsusi əmsalların tətbiq edilməsi zərurətini yaradıb.
Təhlillərə və uğurlu beynəlxalq təcrübələrə əsaslanaraq təsdiq edilmiş dəyişikliklər sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinə münasibətdə fərqli risk əmsallarının tətbiq olunmasını əhatələndirir.
Nəzərdə tutulan dəyişikliklər nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasının risklərə daha adekvat şəkildə müəyyənləşdirilməsinə, sürücülük intizamının artırılmasına və üçüncü şəxslərin səhhətinə və əmlakına zərər dəyməsi zamanı təkmil sığorta xidmətlərinin göstərməsinə, bütövlükdə isə sosial rifahın sabitliyinin qorunmasına xidmət edir.
18:42 / 12 Noyabr 2026
20
18:40 / 12 Noyabr 2026
21
18:32 / 12 Noyabr 2026
138
18:28 / 12 Noyabr 2026
38
18:26 / 12 Noyabr 2026
64
18:16 / 12 Noyabr 2026
72
18:15 / 12 Noyabr 2026
63
18:07 / 12 Noyabr 2026
66
17:53 / 12 Noyabr 2026
75
17:19 / 12 Noyabr 2026
85
16:25 / 12 Noyabr 2026
95
16:21 / 12 Noyabr 2026
115
15:55 / 12 Noyabr 2026
109
15:36 / 12 Noyabr 2026
520
15:15 / 12 Noyabr 2026
187
15:12 / 12 Noyabr 2026
109
14:15 / 12 Noyabr 2026
190
14:04 / 12 Noyabr 2026
506
13:59 / 12 Noyabr 2026
403
13:55 / 12 Noyabr 2026
132
13:45 / 12 Noyabr 2026
257
13:36 / 12 Noyabr 2026
375
13:29 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.