Azərbaycanlılar xaricə səfərlərdə niyə daha az pul xərcləyir? – İLGİNC DETALLAR AÇIQLANDI
12 Noyabr 2026, 18:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
606
03.04.2026, 09:09
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında dəyişikliklər olunub. Belə ki, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə, icbari sığorta müqaviləsi bağlanarkən ödənilməli olan birillik sığorta haqqının hesablanması üçün 1.5 əmsalı tətbiq ediləcək.
Maraqlıdır, sözügedən addım taksi qiymətlərinin artımına səbəb ola bilər?
Məsələ ilə bağlı Oxu.Az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu, yerində verilmiş qərardır.
Ekspert vurğulayıb ki, taksi xidmətlərində qiymət artımı olmayacaq:
Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?
"Taksilərin qiyməti rəqabət nəticəsində formalaşır. Buraya taksilərin sayı, sifarişlərin həcmi və digər amillər daxildir. Sığorta əmsalının artırılması da bu xidmətlərə ciddi təsir etməyəcək. Dediyim kimi, bu, yerində verilən qərardır. Bazar analiz edilib. Taksilər daha intensiv istifadə olunur, buna görə də bu addım atılıb. Baxın, bir var hakim və ya müəllimin şəxsi avtomobili, bir də var taksi kimi istifadə olunan nəqliyyat vasitəsi. Burada risklər fərqlidir. Risklər yüksək olduğuna görə sığorta haqqı da yüksək olmalıdır".
Sığorta eksperti Nicat Əlibəyli isə Oxu.Az-a açıqlamasında qeyd edib ki, bu addım daha çox sığorta şirkətlərinə fayda verəcək.
N.Əlibəyli əlavə edib ki, taksi kimi istifadə olunan avtomobillər daha çox ziyan görür:
Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?
"Həm taksi sürücüləri, həm də avtomobillər digərləri ilə müqayisədə daha çox ziyan görür. Daha tez köhnəlir və qəza riski yüksək olur. Bu da ciddi problemdir. Sığorta şirkətləri də məcburən həmin zərəri ödəyirlər. Onlar xeyriyyə təşkilatı deyil. Bu qərar şirkətlərin maliyyə dayanıqlığını qorumağa xidmət edir. Aydındır ki, kommersiya məqsədilə istifadə olunan avtomobillər daha çox ziyan görür. Əmsalların artırılması sığorta şirkətləri üçün əlavə motivasiya yaradacaq. Qiymətlərin artımına gəldikdə isə, düşünürəm ki, bu, taksi xidmətlərində ciddi bahalaşmaya səbəb olmayacaq".
18:48 / 12 Noyabr 2026
15
18:42 / 12 Noyabr 2026
151
18:40 / 12 Noyabr 2026
38
18:32 / 12 Noyabr 2026
181
18:28 / 12 Noyabr 2026
51
18:26 / 12 Noyabr 2026
75
18:16 / 12 Noyabr 2026
87
18:15 / 12 Noyabr 2026
77
18:07 / 12 Noyabr 2026
82
17:53 / 12 Noyabr 2026
82
17:19 / 12 Noyabr 2026
95
16:25 / 12 Noyabr 2026
103
16:21 / 12 Noyabr 2026
118
15:55 / 12 Noyabr 2026
118
15:36 / 12 Noyabr 2026
532
15:15 / 12 Noyabr 2026
192
15:12 / 12 Noyabr 2026
116
14:15 / 12 Noyabr 2026
191
14:04 / 12 Noyabr 2026
521
13:59 / 12 Noyabr 2026
407
13:55 / 12 Noyabr 2026
133
13:45 / 12 Noyabr 2026
260
13:36 / 12 Noyabr 2026
377
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.