Qaynar xətt:

(+99450) 247 90 86

 Xırdalan və Sumqayıt sakinləri mütləq oxusun... 

 Xırdalan və Sumqayıt sakinləri mütləq oxusun... 

CƏMİYYƏT

69

30.03.2026, 23:15

Sumqayıt şəhəri, Şirvan yaşayış massivində su borusunun partlaması nəticəsində içməli su fasiləsiz şəkildə küçələrə axıb.

Hadisə nəticəsində Xırdalan, Sumqayıt və ətraf ərazilərdə 3 gün suyun verilməsində fasilələr yaranıb. Sakinlər bildirib ki, bir tərəfdən su qıtlığı yaşayırlar, digər tərəfdən isə tonlarla içməli su boş yerə axıb gedir.

Bəs qəzanın aradan qaldırılması ilə bağlı aidiyyatı qurum tərəfindən hansı addımlar atılıb?

 Oxu24.com  bildirir ki məsələ ilə bağlı ADSEA-dan KONKRET.az-ın sorğusuna cavab verilib:

“Normadan 6 dəfə çox yağan bir neçə günlük intensiv yağışlar zamanı həmin ərazidə yağış sularının toplanması nəticəsində içməli su təminatında yaranan problem aradan qaldırılıb. Xəttə su vurulur, sakinlərin su təminatının əvvəlki rejimlə bərpası prosesinə başlanılıb”, – qurumdan vurğulanıb.