"20 Yanvar" metrostansiyasında törədilən terror aktından 32 il keçir
19 Mart 2026, 00:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
202
18.03.2026, 22:34
Xətai rayonu Xocalı prospekti 29-da yerləşən çoxmərtəbəli yaşayış binalarından birində yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Sakinlərin sözlərinə görə, avtomobillərin texniki tələblərə uyğun olmayan şəkildə şarj edilməsi yanğının əsas səbəblərindən biri ola bilər.
Oxu24.com xəbər verir ki, məsələ barədə Demokrat.az-a açıqlama verən hüquqşünas Rəşad Əliyev bildirib ki, yaşayış binalarında ümumi istifadə sahələrində özbaşına elektrik xətləri çəkmək və ya yüksək güc tələb edən avadanlıqlardan istifadə etmək qanunvericiliyin pozulması hesab olunur:
Həmçinin oxuyun
“Bu, həm “Yanğın təhlükəsizliyi haqqında” qanunun, həm də mənzil fondunun istismarı qaydalarının tələblərinə ziddir. Əgər sübut olunarsa ki, yanğın konkret sakinin məsuliyyətsiz davranışından qaynaqlanır, həmin şəxs mülki və inzibati məsuliyyət daşıya bilər. Digər tərəfdən, burada bina idarəçiliyinin və müvafiq qurumların da məsuliyyəti istisna edilmir. Əgər binada elektrik sisteminə nəzarət zəif olubsa, təhlükəli qoşulmalara göz yumulubsa, bu zaman kollektiv məsuliyyət məsələsi də gündəmə gələ bilər. Bu cür hallarda cəza hadisənin ağırlığından asılı olaraq dəyişir. Əgər yalnız qayda pozuntusu qeydə alınarsa, şəxslər 200-500 manat arası cərimə ilə üzləşə bilər. Əgər yanğın nəticəsində maddi ziyan yaranıbsa, təqsirkar şəxs əlavə olaraq bütün zərəri ödəməlidir. Hadisə ağır nəticələrə xəsarət və ya ölümə səbəb olarsa, bu zaman 2 ildən 5 ilədək, daha ağır hallarda isə 5 ildən yuxarı azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər”.
00:51 / 19 Mart 2026
121
00:32 / 19 Mart 2026
50
00:30 / 19 Mart 2026
91
00:15 / 19 Mart 2026
55
23:55 / 18 Mart 2026
128
23:54 / 18 Mart 2026
53
23:47 / 18 Mart 2026
185
23:41 / 18 Mart 2026
2211
23:40 / 18 Mart 2026
49
23:34 / 18 Mart 2026
55
23:30 / 18 Mart 2026
58
23:24 / 18 Mart 2026
56
23:21 / 18 Mart 2026
179
23:17 / 18 Mart 2026
482
23:10 / 18 Mart 2026
152
23:09 / 18 Mart 2026
1223
22:53 / 18 Mart 2026
353
22:51 / 18 Mart 2026
57
22:42 / 18 Mart 2026
72
22:38 / 18 Mart 2026
110
22:36 / 18 Mart 2026
263
22:27 / 18 Mart 2026
68
22:25 / 18 Mart 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.