Bakıda AĞIR QƏZA: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI
07 Mart 2026, 20:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
82
07.03.2026, 18:47
Yaxın Şərqdə davam etməkdə olan hərbi eskalasiya nəticəsində Körfəz ölkələrinin hava məkanlarının bağlanmasından dərhal sonra həmin ölkələrdə qalmış Azərbaycan Respublikası vətəndaşlarının təxliyəsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başlanılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Körfəz ölkələrindəki diplomatik missiyalara verilmiş tapşırıq əsasında təxliyə üçün vətəndaşların siyahıya alınması həyata keçirilib.
İlkin siyahıyaalma nəticələrinə əsasən 5 ölkədə təxminən 1000 Azərbaycan Respublikası vətəndaşı təxliyə üçün müraciət edib (Birləşmiş Ərəb Əmirlikləri: 490 nəfər, Səudiyyə Ərəbistanı: 220 nəfər, Qətər Dövləti: 200 nəfər, Bəhreyn Krallığı: 23 nəfər, Küveyt Dövləti: 26 nəfər).
Məlumata görə, Azərbaycan Respublikası vətəndaşları üçün əsas turizm istiqamətlərindən biri olan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) və xüsusilə də Dubay şəhərində ölkəmizin Baş konsulluğunun “FlyDubai” aviaşirkəti ilə apardığı danışıqlar nəticəsində Dubay-Bakı istiqamətində uçuşlar BƏƏ hava məkanı məhdud açıldıqdan sonra həyata keçirilməyə başlanmışdır. Qeyd olunan istiqamət üzrə 3-5 mart tarixlərində həyata keçirilmiş uçuşlarla 755 nəfər Azərbaycan vətəndaşı ölkəyə geri qayıdıb. Hal-hazırda BƏƏ hava məkanının yenidən bağlı olduğu nəzərə alınaraq, yerdə qalan Azərbaycan vətəndaşlarının ölkəmizə qaytarılması istiqamətində zəruri planlaşdırma işləri aparılır.
Həmçinin oxuyun
“Təxliyəyə ehtiyac duyulan ikinci əsas istiqamət olan Səudiyyə Ərəbistanı üzrə 4 mart 2026-cı il tarixində Azərbaycan Hava Yollarına məxsus xüsusi təyyarə reysi ilə Ciddə şəhərindən 193 nəfər Azərbaycan vətəndaşı (bundan əlavə, 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı və 5 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı) (ümumi 207 nəfər) ölkəmizə təxliyə olunub. Bundan əlavə, Qətər Dövləti, Bəhreyn Sultanlığı və Səudiyyə Ərəbistanında qeydiyyata düşmüş vətəndaşlarımızın diplomatik missiyalarımızın təşkil etdiyi müvafiq avtobuslarla Ciddəyə nəqli həyata keçirilib və AZAL-a məxsus Ciddə-Bakı reysi ilə 7 mart 2026-cı il tarixində təxliyə olunaraq, 203 nəfər (2 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı, 1 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı daxil olmaqla) ölkəmizə geri qayıdıb.
İran İslam Respublikasında olan vətəndaşlarımızın maneəsiz şəkildə ölkəmizə quru yolu ilə keçə bilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib və aidiyyəti dövlət qurumlarına göstəriş verilib. İndiyə qədər 300 nəfər Azərbaycan Respublikası vətəndaşı İrandan quru yolla Azərbaycana gəlib.
Regiondakı vəziyyət tərəfimizdən diqqətlə izlənməkdədir və vətəndaşlarımızın təxliyəsi üçün lazimi tədbirlər görülməkdədir”, – deyə nazirliyin məlumatında qeyd olunub.
21:57 / 07 Mart 2026
1
21:39 / 07 Mart 2026
19
21:00 / 07 Mart 2026
38
20:42 / 07 Mart 2026
58
20:20 / 07 Mart 2026
44
20:13 / 07 Mart 2026
62
20:05 / 07 Mart 2026
72
19:47 / 07 Mart 2026
60
19:35 / 07 Mart 2026
72
19:17 / 07 Mart 2026
93
18:58 / 07 Mart 2026
119
18:38 / 07 Mart 2026
112
18:27 / 07 Mart 2026
91
18:11 / 07 Mart 2026
109
17:58 / 07 Mart 2026
110
17:45 / 07 Mart 2026
128
15:53 / 07 Mart 2026
2798
15:33 / 07 Mart 2026
594
15:20 / 07 Mart 2026
2248
13:53 / 07 Mart 2026
1335
13:49 / 07 Mart 2026
133
13:05 / 07 Mart 2026
2575
13:01 / 07 Mart 2026
1122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.