Qaynar xətt:

(+99450) 247 90 86

Bu ildən məzuniyyət haqqı belə hesablanacaq  

Bu ildən məzuniyyət haqqı belə hesablanacaq  

CƏMİYYƏT

177

02.03.2026, 18:39

Bu ildən Əmək Məcəlləsində əhəmiyyətli dəyişikliklər edilib. Bu dəyişikliklərdən biri də məzuniyyət zamanı orta əmək haqqının hesablanmasıdır. 

Yeni qaydalara görə məzuniyyət haqqı necə hesablanacaq? 

Oxu24.com xəbər verir ki, Əmək Məcəlləsinin 111.1-ci maddəsində işçiyə məzuniyyət üçün əmək haqqı ödənilir. Orta əmək haqqı 12 aylıq əmək haqqından toplanılıb iş günlərinin sayına görə bölünməklə alınan rəqəm məzuniyyət günlərinin sayına vurulması ilə hesablanır. Əgər bu məzuniyyət haqqı işçinin sonuncu maaşından az olarsa, onda sonuncu əmək haqqı məbləğində məzuniyyət hesablanır. 

Məsələ ilə bağlı Dövlət Əmək Müffətişliyinin sədri Fərman Zeynalov bildirib ki, işçi məzuniyyətdə olarkən onun vəzifəsi, peşəsi və bu məcəllədə nəzərdə tutulmuş qaydada minumumdan aşağı olan əməkhaqqı saxlanılır:

"Artıq bu yeni dəyişiklikdir ki, məzuniyyət ödənişi işçinin son əməkhaqqından aşağı olmasın. 

Məzuniyyət zamanı orta əməkhaqqının ödənilməsi Əmək Məcəlləsinin 140-cı maddəsi ilə tənzimlənir. Həmin maddənin 5-ci bəndinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlamasına ən gec 3 gün qalmış ödənilir. Əmək Məcəlləsinin 111-ci maddənin tələbinə əsasən, hesablamalar aylıq yox, gündəlik aparılmalıdır". 

Qeyd edək ki, iş yeri bağlanarsa, bu, işəgötürəni məsuliyyətdən azad etmir. Ümumilikdə isə bu dəyişiklik daha ədalətli hesablama aparılmasına imkan verir. (milli.az)