Qaynar xətt:

(+99450) 247 90 86

DİQQƏT: Bakıdakı bəzi universitetlər bu regionlara köçürüləcək 

DİQQƏT: Bakıdakı bəzi universitetlər bu regionlara köçürüləcək 

CƏMİYYƏT

121

02.03.2026, 17:46

Paytaxtın yükünü azaltmaq və regionların inkişafını sürətləndirmək məqsədilə gələcək illərdə bəzi ali təhsil müəssisələrinin Bakıdan kənara köçürülməsi nəzərdə tutulur. Bəs, ali təhsil müəssisələri Azərbaycanın hansı bölgələrinə köçürülə bilər?

 Oxu24.com xəbər verir ki  mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi KONKRET.az-a açıqlamasında bildirib ki, 2050-ci ilə qədər nəzərdə tutulan Bakı şəhərinin Baş planında ali məktəblərin bir qisminin paytaxtdan çıxarılması istiqamətində addımlar yer alır.

“Bu proses daha çox uzaq regionlara deyil, paytaxta yaxın ərazilərə şamil olunacaq. Xüsusilə Abşeron rayonu ərazisində yeni universitet zonalarının və tələbə şəhərciklərinin yaradılması planlaşdırılır. Həmin ərazilərdə ali məktəblərlə yanaşı tələbə yataqxanaları və kampusların fəaliyyət göstərməsi nəzərdə tutulur”.

E. Əfəndi qeyd edib ki, universitetlərin yerləşəcəyi məkanlar paytaxtın sıxlığını azaltmaq məqsədilə şəhər mərkəzindən kənarda olacaq.

“Bu ərazilər, məsələn, Xırdalan şəhərindən və ya Lökbatan qəsəbəsi ətrafından bir qədər uzaq zonalarda formalaşdırıla bilər.

Ali təhsil müəssisələrinin köçürülməsi ilə paralel olaraq yeni iş yerlərinin yaradılması paytaxtda əhali sıxlığının azalmasına müsbət təsir göstərəcək. Eyni zamanda orta ixtisas və ümumtəhsil müəssisələrinin bir qisminin işğaldan azad edilmiş ərazilərdə yaradılması da mümkün variantlardan biridir.

Bu addım həm tələbələrin həmin bölgələrdə təhsil almasına, həm də azad olunmuş ərazilərin iqtisadi inkişafına töhfə verə bilər”, – deyə ekspert vurğulayıb.