TƏCİLİ! Azərbaycanda yenə ZƏLZƏLƏ OLDU
01 Mart 2026, 00:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
65
28.02.2026, 22:18
“Qaymaqlı şor” adı ilə satışa çıxarılan məhsulların tərkibi və onların sağlamlığa təsiri son vaxtlar istehlakçılar arasında müzakirə mövzusuna çevrilib. Bəzi alıcılar məhsulun həqiqətən təbii olub-olmaması və orqanizm üçün risk yaradıb-yaratmadığı ilə bağlı narahatlıq keçirir.
Oxu24.com bildirir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, şor ənənəvi üsulla süd məhsullarının emalı nəticəsində əldə olunur və adətən duzsuz formada hazırlanır.
“Qatıq, qaymaq və ya südün qaymağı nehrədə çalxalandıqdan sonra yağ və ayran alınır. Ayran qızdırıldıqda çürüdülərək suyu ayrılır və xüsusi torbalara tökülür. Nəticədə qalan kütlə duzsuz şor hesab olunur və bu məhsul tez xarab ola bildiyi üçün saxlanma şəraiti xüsusi diqqət tələb edir. Daha sonra istəyə uyğun olaraq duz əlavə edilərək duzlu şor hazırlanır”.
Ekspert qeyd edib ki, bəzi hallarda duzsuz şora qaymaq və ya yağ qatılması mümkündür və bu, səhər yeməyi üçün istifadə edilən normal məhsul sayılır. Lakin burada əsas məsələ əlavə olunan qaymağın mənşəyidir.
Həmçinin oxuyun
“Mağazalarda satılan şor ənənəvi qaydada hazırlanıbsa və əlavə edilən qaymaq təmiz, heyvan mənşəlidirsə, məhsulun sağlamlığa zərəri yoxdur. Ancaq qaymaq adı altında bitki yağı istifadə edilərsə, xüsusilə bu maddələrə həssas olan insanlar üçün risk yarana bilər”.
Onun sözlərinə görə, məhsulun üzərində tərkib barədə düzgün məlumatın göstərilməsi vacibdir:
“Əgər qaymaq heyvan mənşəli kimi təqdim olunur, amma əslində bitki yağıdırsa, bu artıq istehlakçı hüquqlarının pozulmasıdır. Etiketdə məhsulun mənşəyi açıq şəkildə qeyd edilməlidir.
Standartlara uyğun istehsal edilən və düzgün saxlanılan “qaymaqlı şor” istehlakçılar üçün təhlükə yaratmır”.
00:57 / 01 Mart 2026
30
00:40 / 01 Mart 2026
38
23:59 / 28 Fevral 2026
40
23:49 / 28 Fevral 2026
54
23:43 / 28 Fevral 2026
46
23:27 / 28 Fevral 2026
57
23:08 / 28 Fevral 2026
224
23:01 / 28 Fevral 2026
48
22:52 / 28 Fevral 2026
1349
22:45 / 28 Fevral 2026
68
21:57 / 28 Fevral 2026
62
21:28 / 28 Fevral 2026
188
21:15 / 28 Fevral 2026
67
20:59 / 28 Fevral 2026
71
20:46 / 28 Fevral 2026
76
20:13 / 28 Fevral 2026
96
19:53 / 28 Fevral 2026
105
19:39 / 28 Fevral 2026
85
19:27 / 28 Fevral 2026
149
19:13 / 28 Fevral 2026
101
18:53 / 28 Fevral 2026
82
18:43 / 28 Fevral 2026
94
18:31 / 28 Fevral 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.