Hamlet İsaxanlının qızları kimlərdir və harada işləyirlər? — DOSYELƏR
08 Fevral 2026, 22:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
235
08.02.2026, 19:24
“Tıxac probleminin aradan qaldırılması baxımından tramvay xətlərinin çəkilməsi ciddi və effektiv alternativlərdən biri hesab olunur. Lakin burada məsələ təkcə tramvay layihəsi ilə məhdudlaşmır”.
Oxu24.com bildirir ki,bu sözləri nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, dövlətin nəqliyyat strategiyasında bu sahə üzrə bənd-bənd nəzərdə tutulmuş bir sıra kompleks layihələr mövcuddur:
“Məhz bu layihələrin tam şəkildə icrası Bakıda tıxaclara real və davamlı alternativ formalaşdıracaq. Tramvay xətlərinin bərpası və genişləndirilməsi də həmin tədbirlər paketinin mühüm tərkib hissəsidir.
Tramvay xəttinin hansı istiqamətdə və nə üçün məhz həmin marşrut üzrə salınmasına gəlincə, bunun arxasında konkret və məntiqli əsaslandırma dayanır. Rəsmi açıqlamalara görə, tramvay üçün prioritet istiqamətlər elə ərazilər seçilib ki, həmin zonalarda dəmir yolu infrastrukturu mövcud deyil, metro xətləri yoxdur və ya mövcud avtobus marşrutları sərnişin axınını tam şəkildə daşımaq gücündə deyil. Avtobusların sayının artırılması da bu ərazilərdə problemi köklü şəkildə həll etmir”.
Ekspert əlavə edib ki, ilkin mərhələdə Mehdiabad–Binəqədi–Azadlıq prospekti boyunca 28 May istiqamətində tramvay xəttinin çəkilməsi planlaşdırılır:
Həmçinin oxuyun
“Layihəyə əsasən, tramvay müəyyən hissəyədək iki xətli olacaq. Lakin Azadlıq prospektinin şəhər mərkəzinə doğru daralması nəzərə alınaraq, hərəkət sxemi dəyişdiriləcək: gediş bir istiqamət üzrə təşkil olunacaq, geri dönüş isə Füzuli küçəsi və Səməd Vurğun prospekti vasitəsilə həyata keçiriləcək.
Qeyd etmək lazımdır ki, bu layihələr təsadüfi qərarlara deyil, Bakıda tətbiq olunan “rəqəmsal əkiz” (digital twin) modeli əsasında hazırlanır. Bu alət vasitəsilə şəhərdə mövcud nəqliyyat axınları, ictimai nəqliyyat növlərinin yükü, hərəkət intensivliyi və ümumi vəziyyət kompleks şəkildə təhlil olunur. Toplanan məlumatlar əsasında hansı layihələrin nəqliyyat sisteminə necə təsir göstərəcəyi əvvəlcədən modelləşdirilir və yeni istiqamətlər müəyyənləşdirilir”.
Rauf Ağamirzəyev sonda qeyd edib ki, ilkin mərhələdə beş əsas tramvay istiqaməti elan olunub:
“Onlardan biri 2030-cu ilədək Mehdiabad-şəhər mərkəzi marşrutu üzrə həyata keçiriləcək. Sonrakı mərhələlərdə isə Bayıl-28 May istiqaməti, 28 Maydan Ağ şəhəri keçməklə Nargilə ərazisi üzərindən Həzi Aslanov istiqaməti, eləcə də Pirşağıdan “Sea Breeze” və Mehdiabadı birləşdirən radial yolun çəkilməsi planlaşdırılır.
Bununla yanaşı, Yeni Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində də tramvay xəttinin salınması nəzərdə tutulur. Bütün bu xətlər vahid şəbəkə şəklində birləşdirilərək, Bakıda müasir, dayanıqlı və effektiv ictimai nəqliyyat sistemi formalaşdıracaq”.
23:05 / 08 Fevral 2026
123
22:49 / 08 Fevral 2026
56
22:45 / 08 Fevral 2026
397
22:26 / 08 Fevral 2026
52
22:05 / 08 Fevral 2026
87
21:44 / 08 Fevral 2026
80
21:26 / 08 Fevral 2026
147
21:07 / 08 Fevral 2026
108
20:44 / 08 Fevral 2026
101
20:31 / 08 Fevral 2026
148
20:23 / 08 Fevral 2026
2503
20:17 / 08 Fevral 2026
224
19:58 / 08 Fevral 2026
178
19:37 / 08 Fevral 2026
136
19:03 / 08 Fevral 2026
260
18:15 / 08 Fevral 2026
203
17:45 / 08 Fevral 2026
229
17:30 / 08 Fevral 2026
309
17:26 / 08 Fevral 2026
385
17:16 / 08 Fevral 2026
290
17:13 / 08 Fevral 2026
3225
17:09 / 08 Fevral 2026
909
17:02 / 08 Fevral 2026
817
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.