Noyabrın 15-i və 16-sı ilə bağlı XƏBƏRDARLIQ
14 Noyabr 2026, 20:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
761
14.01.2026, 12:36
"Hazırda üzvlüyə qəbul keçən ilin sonlarından dayandırılıb. Lakin əvvəlki tarixdə müraciət edənlərin sənədlərinə baxılır. İmtina edilənlər də var, qəbul olunanlar da. Qəbul komissiyası işləri 2027-ci ildə keçiriləcək AYB-nin qurultayına qədər dayandırılıb. Səbəb müraciət çoxluğudur".
Oxu24.com xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza bildirib.
O qeyd edib ki, üzvlük haqqını ödəməyənlər təlimata uyğun olaraq Birlikdən kənarlaşdırıla bilər, amma təşkilat hər zaman bu məsələdə həmişə humanist mövqe tutub:
“Hazırda Azərbaycan Yazıçılar Birliyinin 2500 nəfərdən çox üzvü var. Bir nəfər üzv üçün 15 manat illik üzvlük haqqı müəyyən edilib. Hər hansı dövr üçün üzvlük pulundan yığılan məbləğ haqda informasiya maliyyə şöbəsində olur. Bu barədə hesabat vermək mənim səlahiyyətimdə deyil. 1990-cı illərdən illik üzvlük haqqını ödəməyənlər var idi. Açıqlaya bilmirəm, lakin külli miqdarda pul idi. 2020-ci ilə qədər olan borcların hamısı silindi. 5 il ötüb, yenə ödəməyənlər var. 15 manatı verməyən, deməli, təşkilatın nizamnaməsinə hörmətlə yanaşmır. Ödəniş etməyənlərlə bağlı bu il, 1 fevralda qəti qərar veriləcək. O vaxta qədər möhlət verilib".
O, üzvlük haqqını ödəməyənlər arasında vəfat etmiş şəxslərin olması barədə iradlara da cavab verib.
"Siyahımızda olan yazıçı vəfat edərsə, “vəfat etmiş üzv” kimi daim qeydiyyatda qalır. O ki qaldı vəfat edən haqda bizim qeydlərimizə, onu mərhumun ailə üzvləri məlumat verməlidir. Biz haradan bilək, kim nə zaman vəfat etdi? Məsələn, Amin Avey 2020-ci ildə pandemiya dövründə Almaniyada vəfat edib. Onun adının siyahıda qalması texniki xəta ilə bağlı olub. Bu, mətbuatda başqa cür qələmə verilmişdi".
Sonda Xəyal Rza qeyd edib ki, Birliyə üzvlük haqqının məbləğində artım gözlənilmir.
21:11 / 14 Noyabr 2026
1
21:04 / 14 Noyabr 2026
25
21:02 / 14 Noyabr 2026
49
20:56 / 14 Noyabr 2026
59
20:50 / 14 Noyabr 2026
70
20:38 / 14 Noyabr 2026
75
20:23 / 14 Noyabr 2026
635
19:54 / 14 Noyabr 2026
81
19:50 / 14 Noyabr 2026
87
19:36 / 14 Noyabr 2026
1314
19:15 / 14 Noyabr 2026
121
19:12 / 14 Noyabr 2026
117
19:05 / 14 Noyabr 2026
109
18:50 / 14 Noyabr 2026
114
18:43 / 14 Noyabr 2026
125
18:21 / 14 Noyabr 2026
818
18:09 / 14 Noyabr 2026
134
18:06 / 14 Noyabr 2026
562
18:03 / 14 Noyabr 2026
113
17:18 / 14 Noyabr 2026
226
17:15 / 14 Noyabr 2026
133
16:20 / 14 Noyabr 2026
136
16:05 / 14 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.