Qaynar xətt:

(+99450) 247 90 86

Çimərlikdə qanunsuz pul yığanlara qarşı mübarizə başladı - şlaqbaumlar sökülür

Çimərlikdə qanunsuz pul yığanlara qarşı mübarizə başladı - şlaqbaumlar sökülür

CƏMİYYƏT

887

27.06.2019, 16:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Bakı Şəhər İcra Hakimiyyətinin (BŞHİ) Ticarət və xidmət departamenti paytaxtdakı çimərliklərə baxış keçirməyə başlayıb.
Oxu24.com  “Report”a istinadla xəbər verir ki, Departamentin əməkdaşları əvvəlcə Şıx çimərliyində olub.
Həmin çimərlikdə 9 müxtəlif məkana baş çəkilib, orada olan qapılar və şlaqbaumlar götürülüb. Eyni zamanda, sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar. Qeyd edək ki, çimərlik ərazilərinin pulsuz olması ilə bağlı qaydalar özəl çimərliklərə aid deyil.