Bu 3 bürcün bəxti üzünə güləcək
03 Oktyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4486
13.01.2026, 22:54
Azərbaycanda 2026–2027-ci tədris ilindən etibarən ümumtəhsil sahəsində yeni model tətbiq olunacaq.
Oxu24.com BAKU.WS-ə istinadən xəbər verir ki, bu çərçivədə ölkənin bir sıra məktəblərində distant tədris elementlərindən istifadə ediləcək.
Qeyd olunur ki, bu qərar həmin təhsil müəssisələrinin bağlanması anlamına gəlmir.
Yeni mexanizmə əsasən, məktəblərdə müəllim çatışmazlığı olan fənlər distant formatda tədris ediləcək. Məsələn, əgər məktəbdə riyaziyyat müəllimi fəaliyyət göstərirsə, bu fənn ənənəvi qaydada sinif otağında keçiriləcək. Lakin biologiya, fizika, kimya və ya digər fənlər üzrə müəllim olmadıqda, dərslər mərkəzləşdirilmiş məktəblər üzərindən onlayn formatda təşkil olunacaq.
Bu məqsədlə müəyyən təhsil müəssisələri "mərkəz məktəb" statusu alacaq. Həmin məktəblərdə distant dərslərin keyfiyyətli təşkili üçün xüsusi texniki infrastruktur yaradılacaq, müasir avadanlıqla təchiz edilmiş otaqlar ayrılacaq və müəllimlər üçün ayrıca otaqlar fəaliyyət göstərəcək. Şagirdlər isə kompüter və digər zəruri texniki vasitələrlə təmin ediləcək.
Şagirdlər öz məktəblərini tərk etmədən, mərkəz məktəbdə keçirilən dərslərə distant şəkildə qoşularaq tədris prosesində iştirak edəcəklər. Bu modelin tətbiqi regionlarda müəllim çatışmazlığının aradan qaldırılması və təhsilin keyfiyyətinin bərabərləşdirilməsi məqsədi daşıyır.
Eyni zamanda, şagird sayı çox az olan və fəaliyyətini səmərəli şəkildə davam etdirməsi mümkün olmayan bəzi məktəblərin isə tamamilə fəaliyyətini dayandıracağı bildirilir. Həmin təhsil müəssisələrinin şagirdləri distant təhsil formatına keçiriləcək.
Məlumata görə, bu kateqoriyaya daxil olan məktəblərin sayı 100-dən artıqdır və proses birdəfəyə deyil, mərhələli şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, bu yanaşma düzgün icra olunacağı təqdirdə həm müəllim resurslarından daha effektiv istifadə olunmasına, həm də ucqar ərazilərdə təhsilin əlçatanlığının qorunmasına imkan verəcək.
00:24 / 03 Oktyabr 2026
36
23:52 / 02 Oktyabr 2026
34
23:39 / 02 Oktyabr 2026
56
23:31 / 02 Oktyabr 2026
172
23:27 / 02 Oktyabr 2026
56
23:24 / 02 Oktyabr 2026
61
23:22 / 02 Oktyabr 2026
55
23:15 / 02 Oktyabr 2026
58
23:09 / 02 Oktyabr 2026
66
22:57 / 02 Oktyabr 2026
192
22:52 / 02 Oktyabr 2026
58
22:37 / 02 Oktyabr 2026
68
22:28 / 02 Oktyabr 2026
76
22:27 / 02 Oktyabr 2026
64
22:25 / 02 Oktyabr 2026
140
22:23 / 02 Oktyabr 2026
73
22:14 / 02 Oktyabr 2026
75
22:09 / 02 Oktyabr 2026
63
21:56 / 02 Oktyabr 2026
92
21:55 / 02 Oktyabr 2026
993
21:54 / 02 Oktyabr 2026
76
21:52 / 02 Oktyabr 2026
68
21:43 / 02 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.