Orta aylıq əmək haqqı nə qədər artacaq?
14 Noyabr 2026, 21:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
722
13.01.2026, 17:35
Direktor vəzifəsi üzrə ötən ilin 30 oktyabr – 11 noyabr tarixlərində baş tutan elektron ərizə qəbulu mərhələsinin nəticələri elan edilib.
Bu barədə Oxu24.com-a MÜTDA-dan məlumat verilib.
Sözügedən mərhələdə 3036 namizədin müraciəti qeydə alınıb. Müsabiqə şərtlərinə əsasən, ali təhsili, pedaqoji stajı, sertifikatlaşdırma nəticələri, müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirmə göstəriciləri, eləcə də müraciət etdikləri təhsil müəssisəsindəki şagird sayı uyğun hesab edilən 941 namizədin müraciəti müsbət dəyərləndirilib. Həmin namizədlərin şəxsi səhifələrinə bu barədə məlumat göndərilib.
Elektron ərizə qəbulu mərhələsində nəticəsi müsbət qiymətləndirilən namizədlər üçün keçiriləcək müsahibə mərhələsində namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və metodiki bacarıqları, ünsiyyət və qərarvermə qabiliyyətləri, eləcə də rəqəmsal və sosial kompetensiyaları müvafiq komissiyalar tərəfindən qiymətləndiriləcək.
Bununla yanaşı, bildiririk ki, müsabiqəyə müraciət etmiş şəxslər arasında ali təhsili və pedaqoji stajı tələblərə uyğun olan, lakin əvvəlki qiymətləndirmə nəticələri olmayan 627 namizəd var.
Müsabiqə şərtlərinin tələblərinə uyğun olaraq, daha öncə qiymətləndirmə nəticəsi olmayan və ya tələblərdən aşağı olan namizədlər üçün ixtisas istiqamətləri üzrə imtahanın keçirilməsi nəzərdə tutulub. İştirakçılara fənn üzrə 50, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 10 test tapşırığı təqdim ediləcək. İmtahanın 24 yanvar 2026-cı il tarixində keçirilməsi planlaşdırılır. Sözügedən namizədlərin şəxsi səhifələrinə bu imtahanda iştirak imkanları barədə məlumat göndərilib.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu qaydalarına əsasən ixtisas istiqamətləri üzrə imtahanın keçirilməsində əsas məqsəd namizədlərin fənn üzrə bilik və bacarıqlarının obyektiv şəkildə qiymətləndirilməsidir.
21:32 / 14 Noyabr 2026
43
21:22 / 14 Noyabr 2026
76
21:11 / 14 Noyabr 2026
325
21:04 / 14 Noyabr 2026
165
21:02 / 14 Noyabr 2026
85
20:56 / 14 Noyabr 2026
87
20:50 / 14 Noyabr 2026
94
20:38 / 14 Noyabr 2026
97
20:23 / 14 Noyabr 2026
865
19:54 / 14 Noyabr 2026
93
19:50 / 14 Noyabr 2026
98
19:36 / 14 Noyabr 2026
1541
19:15 / 14 Noyabr 2026
134
19:12 / 14 Noyabr 2026
128
19:05 / 14 Noyabr 2026
121
18:50 / 14 Noyabr 2026
129
18:43 / 14 Noyabr 2026
137
18:21 / 14 Noyabr 2026
875
18:09 / 14 Noyabr 2026
145
18:06 / 14 Noyabr 2026
571
18:03 / 14 Noyabr 2026
120
17:18 / 14 Noyabr 2026
234
17:15 / 14 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.