Qaynar xətt:

(+99450) 247 90 86

80 yaşlı Misir müəllimə 11 vəzifə verilir, verilsin, bəs Misir müəllim niyə götürür?   

80 yaşlı Misir müəllimə 11 vəzifə verilir,  verilsin, bəs Misir müəllim niyə götürür?   

CƏMİYYƏT

13048

13.01.2026, 15:18

Mənim orta məktəbdə ibtidai  sinif  müəlliməm vardı , Səlbinaz müəllimə! (Elə indi də var) Müəlliməm o qədər bilikli , savadlı müəllimə idi ki, valideynlər uşaqlarını  onun sinfinə qoymaq üçün sıraya girərdilər(“ az qala bir- biri ilə dava-dalaş edərdilər” yazmıram, ayıb olar) Səbinaz müəllimənin əsas özəlliyi odur ki, qazandığı savadı, biliyi yüz-min əzab -əziyyətlə sinifindəki uşağa – şagirdə aşılamağı bacarırdı. Məsələn, bizim sinifdə 23 uşaqdan 11 əlaçı, 8 orta  4 nəfər də pis oxuyan uşaq vardı. Əslində müəlliməm o 4 şagirdə də eyni cür məsuliyyətlə yanaşırdı, amma ki, nə fayda, onlar oxumadılar. Uzun sözün qısası, kəndimizdən ali  təhsilli gənclərin çox olmasında Səlbinaz müəllimin xüsusi rolu danılmazdır.   

Köçkünçülük illərində də müəlliməm fəaliyyət göstərirdi və valideynlər də həmişəki kimi onu seçirdilər.  Bir gün nəhayət Səlbinaz müəlliməni pensiyaya çıxartdılar ( 65 yaş). Dedilər ki, artıq yaşlanmısan, gördüyün iş əvvəlki kimi  keyfiyyətli olmaya bilər.  Yeri gəlmişkən, bir neçə il əvvəl bir köçkün məktəbin direktoru olaraq həm savadı, həm də təşkilatçılığı ilə seçilən Məlahət müəlliməni də pensiyaya çıxartdılar. Onun məktəbində dərsə davamiyyət, ali təhsilə həvəs,  təlim və tərbiyə prinsiplərinə ciddi riayət olunurdu. Müəllim kollektivi də mehriban və səmimiliyi ilə, şagirdlərlə davranışı ilə başqa məktəblərin kollektivlərindən seçilirdi. Uzun sözün qısası, işinin ustalarını işindən ayırıb evə məhkum etdilər. Pensiyaları da təxminən 500 manat civarında olmalıdır.

Bu gün növbəti maraqlı bir xəbərlə raslaşdım, xəbərdə yazırdılar ki, 1978-ci ildən vəzifələrdə olan, ilk öncə vəzifəyə dekan müavini kimi başlayan ,15 il Azərbaycanın təhsil naziri, 12 il institut direktoru olmuş Misir Mərdanov yaxın vaxtlarda Bakı Dövlət Universitetində yeni vəzifəyə təyin olunacağı gözlənilir. Deməli, Misir müəllim Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın rəhbərlik etdiyi və hazırda boş qalan Hesablama riyaziyyatı kafedrasına rəhbərlik edəcək.

Əvvəlcə istədim möhkəm əsəbiləşəm ki,  axı bu 80 yaşlı insandan nə istəyirsiniz, niyə imkan vermirsiniz ki, gedib evində  nəvələri ilə gün keçirsin? Mənim anamın da 80 yaşı var, bir otaqdan o biri otağa keçəndə nə üçün keçdiyini yadına sala bilmir. Bacıma mənim adımı deyir, mənə bacımın ...

 Xəbərə elə əsəbiləşdim də! Çünki bir neçə gün əvvəl oxumuşdum ki, sabiq nazirin 10 dənə vəzifəsi varmış:

 1. Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri.

2. Bakı Dövlət Universitetinin Ali riyaziyyat kafedrasının müdiri.

3. "Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri" jurnalının fizika-texnika və riyaziyyat elmləri seriyasının riyaziyyat və mexanika buraxılışının redaktor müavini.

4. “Azerbaijan journal of Mathematics” jurnalının redaksiya heyətinin üzvi.

5. AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Elmi əsərlər" jurnalının baş redaktoru. 

6. “TWMS Journal of Pure and Applied Mathematics” (Turkic World Mathematical Society) jurnalının beynəlxalq redaksiya heyətinin üzvi.

7. “Чебышевский сборник” jurnalının beynəlxalq redaksiya heyətinin üzvi.

8. Riyaziyyat və Mexanika İnstitutunun D 01.111 dissertasiya Şurasının üzvü.

9. Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının sədri.

10. Riyaziyyat və Mexanika İnstitutunun D.01.111 dissertasiya Şurasının sədri.

Media yazır  ki, Misir müəllim bu vəzifələrin hansında maaşla, hansında ictimai əsaslarla çalışdığı məlum deyil:” Hətta bu durumda belə keçmiş nazirin aylıq gəlirinin kifayət qədər yüksək olduğunu təxmin etmək mümkündür. Professor M.Mərdanov BDU-nun kafedra müdiri kimi 2000-2500 manat, AMEA-nın müxbir üzvü kimi 1200 manat rütbə maaşı alır. Bundan başqa, o, 15 il təhsil naziri işləyib və hazırda çox yüksək məbləğdə pensiya alır”. 

Axı, 80 yaşlı bir adamın 11 vəzifəni idarə etmək potensialı yoxdu? Niyə imkan vermirsiniz, Misir müəllim  dincəlsin,  sabah, iraq olsun,  başına bir iş gəlsə,  Allahın dərgahına yorğun -arğınmı çıxsın?

 Bayaqdan düşünürəm, əgər Misir müəllim 11-ci vəzifəsini - Hesablama riyaziyyatı kafedrasına rəhbərliyi qəbul etsə, onda  belə çıxır ki, ya Misir müəllim sıradan adi bir insan yox, uşaqlıqdan vunderkinq, böyüdükcə  FENOMEN, day nə bilim, qeyri adi qabliyyətə malik möcüzəvi dəyərdir. Ya da  Misir müəllim Səlbinaz müəllimə, Məlahət müəllimə kimi minlərlə 65 -70 yaşlı ziyalıların haqqını yeyir. 

Sözümü el arasında məşhur olan bir lətifə ilə bitirirəm. Deyir,  bir gün bir səsi olmayan,  fəxri ada qabliyyəti çatmayan  artistlərimizdən biri  sevincək yaxınlaşır  mərhum kamança ustası Habil Əliyevə və deyir: Habil müəllim, məni təbrik edin, “Əməkdar artist” adını aldım. Habil müəllim də qaşqabağın töküb deyir: Tutaq ki, onlar verirdi, bəs sən niyə götürürdün?  

 Əntiqə Rəşid

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

23:22 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

74

0
 Endokrinoloq: “Çörək tamamilə zərərli deyil, əsas məsələ düzgün seçim və miqdardır”

22:47 / 12 May 2026

TİBB TİBB

 Endokrinoloq: “Çörək tamamilə zərərli deyil, əsas məsələ düzgün seçim və miqdardır”

149

0
"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

22:38 / 12 May 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

87

0
Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək  

22:20 / 12 May 2026

DÜNYA DÜNYA

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək  

78

0
Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”  

21:59 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”  

89

0
Bu ölkədə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

21:54 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu ölkədə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

95

0
    Azərbaycanda hərbi xidmətlə bağlı yenilik -   Kimlərə şamil olunacaq?  

21:37 / 12 May 2026

HƏRBİ HƏRBİ

    Azərbaycanda hərbi xidmətlə bağlı yenilik - Kimlərə şamil olunacaq?  

110

0
İçərişəhərin gizli incisi: Gəni Məmmədovun evi — Bakının neft bumu dövründən qalan tarixi miras  

21:15 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

İçərişəhərin gizli incisi: Gəni Məmmədovun evi — Bakının neft bumu dövründən qalan tarixi miras  

100

0
Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

20:55 / 12 May 2026

HÜQUQ HÜQUQ

Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

89

0
Kardioloqdan vacib açıqlama: stent ürəyi “tam sağaltmır”, əsas məqsəd infarkt riskini azaltmaqdır  

20:44 / 12 May 2026

TİBB TİBB

Kardioloqdan vacib açıqlama: stent ürəyi “tam sağaltmır”, əsas məqsəd infarkt riskini azaltmaqdır  

182

0
Yunanıstan sahillərində dənizə düşən pilotsuz təyyarə bu ölkənin imiş

20:42 / 12 May 2026

DÜNYA DÜNYA

Yunanıstan sahillərində dənizə düşən pilotsuz təyyarə bu ölkənin imiş

94

0
Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO 

20:39 / 12 May 2026

SİYASƏT SİYASƏT

Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO 

92

0