Sumqayıtda bəzi binalar istiliksiz qala bilər – SƏBƏB
14 Noyabr 2026, 22:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
672
12.01.2026, 20:04
Azərbaycanda son 2 ayda 8 dövlət qurumu ləğv edilib, oxşar profilli bəzi qurumlar isə birləşdirilib.
Oxu24.com xəbər verir ki, həmin qurumların mütləq əksəriyyəti Naxçıvan Muxtar Respublikasında fəlaiyyət göstərirdi. Noyabr ayından etibarən Naxçıvanda 3 dövlət qurumu ləğv edilib, bir sıra qurumlar birləşdirilib.
Qeyd olunmalıdır ki, son dövrlər Naxçıvan Muxtar Respublikasında idarəetmə və institusional strukturda ciddi dəyişikliklər aparılır. Bu dəyişikliklər əsasən ayrı-ayrı dövlət qurumlarının ləğvi, səlahiyyətlərin mərkəzləşdirilməsi və bəzi strukturların birləşdirilməsi ilə müşayiət olunur.
Ləğv edilən qurumlardan biri Muxtar Respublikanın Dövlət Energetika Xidməti olub. Qurum 2017-ci ildə yaradılmışdı və elektrik enerjisinin istehsalı, ötürülməsi, təchizatı və bu sahədə dövlət tənzimlənməsini həyata keçirirdi. Lakin İlham Əliyevin 2025-ci ilin noyabrında imzaladığı sərəncama əsasən Naxçıvanda elektrik enerjisi təchizatının Azərişıq ASC-yə verilməsi bu qurumun funksional əhəmiyyətini aradan qaldırdı və nəticədə xidmət ləğv olundu.
Oxşar proses qaz təsərrüfatı sahəsində də baş verdi. 2025-ci ilin dekbarında Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edildi və bundan sonra bölgədə qaz təchizatına Azəriqaz İstehsalat Birliyi nəzarət edəcək. Qurumun balansında olan əsas vəsaitlərin SOCAR-ın Qaz İxrac İdarəsinə verilməsi bu keçidin texniki və institusional əsasını formalaşdırdı. Qeyd edək ki, sözügedən xidmət 2019-cu ildə yaradılmışdı.
Sosial sahədə də struktur dəyişikliyi aparılıb. Belə ki, bu gün Naxçıvan Muxtar Respublikasının Tibbi Sosial-Ekspert Komissiyası ləğv edilib. 2008-ci ildən fəaliyyət göstərən bu komissiya əlillik dərəcəsinin müəyyən edilməsi, əmək qabiliyyətinin qiymətləndirilməsi və reabilitasiya ehtiyaclarının müəyyən olunması kimi mühüm funksiyalar icra edirdi. Yeni qərara əsasən, bu səlahiyyətlər Muxtar Respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bu dəyişiklik sosial ekspertiza mexanizmlərinin mərkəzləşdirilməsi kimi qiymətləndirilir.
Bununla yanaşı, Naxçıvanda birləşdirmə yolu ilə optimallaşdırma prosesi də həyata keçirilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvanpoçt” MMC, “Naxçıvan Telekom” MMC və “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxsi birləşdirilərək onların əsasında “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC yaradılıb. Yeni qurumun ümumi yığıncağının səlahiyyətləri MR Nazirlər Kabineti və MR İqtisadiyyat Nazirliyinə verilib.
Naxçıvan Muxtar Respublikasında struktur optimallaşmadırılması ilə paralel, Azərbaycan Elm və Təhsil Nazirliyində də bəzi qurumların ləğv edilməsi prosesi aparılıb. Belə ki, 2025-ci ilin dekabrında Elm və Təhsil Nazirliyinin tabeliyindəki “Nafta”, “Aşqar” və “Kompozit” Elmi İstehsalat Birliyi ləğv edilib./modern
22:19 / 14 Noyabr 2026
1
21:55 / 14 Noyabr 2026
69
21:32 / 14 Noyabr 2026
90
21:22 / 14 Noyabr 2026
111
21:11 / 14 Noyabr 2026
482
21:04 / 14 Noyabr 2026
442
21:02 / 14 Noyabr 2026
99
20:56 / 14 Noyabr 2026
217
20:50 / 14 Noyabr 2026
108
20:38 / 14 Noyabr 2026
107
20:23 / 14 Noyabr 2026
1028
19:54 / 14 Noyabr 2026
105
19:50 / 14 Noyabr 2026
106
19:36 / 14 Noyabr 2026
1686
19:15 / 14 Noyabr 2026
141
19:12 / 14 Noyabr 2026
135
19:05 / 14 Noyabr 2026
125
18:50 / 14 Noyabr 2026
135
18:43 / 14 Noyabr 2026
141
18:21 / 14 Noyabr 2026
921
18:09 / 14 Noyabr 2026
151
18:06 / 14 Noyabr 2026
588
18:03 / 14 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.