Tələbə qızın ölüm səbəbi AÇIQLANDI
14 Noyabr 2026, 22:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
597
12.01.2026, 15:20
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Sudan Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Müaviyə Osman Xalidi qəbul edib.
Bu barədə Oxu24.com-a Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, görüş zamanı, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, o cümlədən geniş bölgədə cari vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycan və Sudan arasında ikitərəfli münasibətlərin, həmçinin çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın inkişafında siyasi dialoqun əhəmiyyətini qeyd ediblər. Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmə mexanizminin, habelə qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb. Sudanın COP29-da fəal iştirakı, eləcə də bu il keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı çərçivəsində ölkələrimiz arasında əməkdaşlıq məmbunluqla qeyd olunub.
Görüşdə energetika, humanitar, təhsil, ASAN xidmət və digər sahələrdə əməkdaq müzakirə edilib. Azərbaycan tərəfindən Sudanlı tələbələrə təhsil təqaüdünün ayrılmasına görə minnətdarlıq ifadə olunub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycanla Sudan XİN-ləri arasında siyasi məsləhətləşmə keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Yalçın Rəfiyev, Sudan tərəfdən isə Müaviyə Osman Xalid rəhbərlik edib.
22:28 / 14 Noyabr 2026
25
22:19 / 14 Noyabr 2026
39
21:55 / 14 Noyabr 2026
73
21:32 / 14 Noyabr 2026
96
21:22 / 14 Noyabr 2026
121
21:11 / 14 Noyabr 2026
521
21:04 / 14 Noyabr 2026
518
21:02 / 14 Noyabr 2026
101
20:56 / 14 Noyabr 2026
328
20:50 / 14 Noyabr 2026
111
20:38 / 14 Noyabr 2026
110
20:23 / 14 Noyabr 2026
1089
19:54 / 14 Noyabr 2026
106
19:50 / 14 Noyabr 2026
108
19:36 / 14 Noyabr 2026
1723
19:15 / 14 Noyabr 2026
141
19:12 / 14 Noyabr 2026
137
19:05 / 14 Noyabr 2026
127
18:50 / 14 Noyabr 2026
137
18:43 / 14 Noyabr 2026
142
18:21 / 14 Noyabr 2026
944
18:09 / 14 Noyabr 2026
155
18:06 / 14 Noyabr 2026
590
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.