Tələbə qızın ölüm səbəbi AÇIQLANDI
14 Noyabr 2026, 22:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1256
12.01.2026, 14:28
Qrammatika yoxsa qafiyə xatirinə təhrif olunan sözlər?—Musiqişünasdan AÇIQLAMA
Son zamanlar efirlərdə və sosial şəbəkələrdə yayılan mahnılarda bir tendensiya müşahidə olunur: ədəbi dilin normalarının kobud şəkildə pozulması.
Misal üçün gənc ifaçı Əminə Şirin Mikayıl Müşfiqin sözlərinə bəstələnmiş "Sənə qurban" mahnısını ifa edərkən sözlərini ləhcə ilə səsləndirib.
"Demişdin" yerinə "demişdün", "getmişdin" yerinə "getmişdün" kimi ifadələrdən istifadə edərək sanki yeni bir "musiqi dili" yaradılıb. Bəs, bu nə dərəcədə doğrudur? Musiqinin öz qrammatikası ədəbi dili üstələyə bilərmi? Musiqidə bədii ifadə azadlığı harada bitir, dil məsuliyyəti haradan başlayır?
Mövzu ilə bağlı Oxu24.com-a müsahibə verən Psixologiya üzrə fəlsəfə doktoru, musiqişünas, təhsil tədqiqatçısı Bahar Bəylərova məsələyə aydınlıq gətirib:
“Bədii ifadə azadlığı musiqinin təbiətində olan əsas prinsiplərdən biridir, lakin bu azadlıq sosial, mədəni və psixoloji məsuliyyətdən tam azad olmaq demək deyil. Dil yalnız estetik vasitə deyil, eyni zamanda norma yaradan, davranış formalaşdıran və dəyərləri ötürən psixososial mexanizmdir.
Psixolinqvistika və sosial öyrənmə nəzəriyyələrinə görə, tez-tez təkrarlanan dil formaları zamanla normallaşır və mənimsənilir. Musiqi isə bu prosesi daha da gücləndirir, çünki melodik struktur sözlərin emosional təsirini artırır.
Bu nöqtədə bədii azadlıq ictimai təsirin başladığı yerdə məsuliyyətə çevrilir. Xüsusilə geniş auditoriyaya – uşaqlara və yeniyetmələrə – təsir edən musiqi nümunələrində dilin etik, mədəni və pedaqoji nəticələri nəzərə alınmalıdır”.
-Dinləyici bu cür sözləri daha tez qəbul edir, yoxsa bu, mahnının ciddiliyini azaldır?
“Tədqiqatlar göstərir ki, sadə, gündəlik və bəzən kobud dil formaları qısa müddətdə dinləyici tərəfindən daha tez qəbul edilir, çünki bu cür ifadələr kognitiv yüklənməni azaldır və dərhal emosional reaksiya yaradır.
Lakin uzunmüddətli perspektivdə bu cür dil:
mahnının estetik dəyərini zəiflədir
onun mədəni yaddaşda qalma ehtimalını azaldır
və musiqini “istehlak məhsulu”na çevirir.
Musiqi psixologiyasında bu fenomen “tez qəbul , tezunudulma paradoksu” kimi izah edilir. Klassik və poetik dildə yazılmış əsərlər daha gec qəbul edilsə də, emosional dərinlik və davamlı təsir baxımından üstünlük təşkil edir.
-Müasir estrada ilə klassik Azərbaycan mahnıları arasındadilə yanaşma fərqləri nədədir?
Bu fərq yalnız estetik deyil, ideoloji və pedaqoji xarakter daşıyır.
Klassik Azərbaycan mahnıları:
Dil ədəbi norma və poetik struktur üzərində qurulurdu
Söz musiqiyə tabe deyil, musiqi sözə xidmət edirdi
Mətnlər kollektiv mədəni yaddaşı və mənəvi dəyərləri daşıyırdı.
Bu yanaşma musiqini təkcə əyləncə deyil, tərbiyəvi və dünyagörüş formalaşdıran vasitə kimi təqdim edirdi.
Müasir estrada:
Dil daha çox şifahi danışıq formalarına yaxınlaşır
Bəzən kommersiya məqsədi ilə şok effekti yaradan ifadələr seçilir
Söz musiqinin ritmik cazibəsinə tabe edilir.
Bu dəyişiklik qlobal pop mədəniyyətinin təsiri ilə bağlıdır.
-Çoxsahəli mütəxəssis kimi ümumi qiymətləndirməniz necə olardı?
Bir psixoloq olaraq deyə bilərəm ki, musiqidə dil emosional tənzimləyici rol oynayır. Bir musiqişünas olaraq bildirirəm ki, söz musiqinin daxili estetik balansını qorumalıdır. Bir təhsil tədqiqatçısı kimi isə vurğulayıram ki, kütləvi musiqi gizli kurikulum funksiyası daşıyır və cəmiyyətin dil mədəniyyətini formalaşdırır.
Bu səbəbdən məsələ senzura deyil, şüurlu yaradıcılıq və peşəkar məsuliyyət məsələsidir. Bədii ifadə azadlığı sənətkarın haqqıdır, amma dilə məsuliyyət onun cəmiyyət qarşısında borcudur.
Mövzuya həm musiqişünas, həm də bir psixoloq gözü ilə baxaraq, problemin köklərini müxtəlif tərəflərdən işıqlandırdığınız üçün sizə təşəkkür edirik. Hesab edirik ki, bu cür peşəkar yanaşmalar sənət aləmindəki boşluqların aradan qaldırılması üçün mühüm əhəmiyyət kəsb edir.
Çimnaz Telmanqızı
22:28 / 14 Noyabr 2026
68
22:19 / 14 Noyabr 2026
43
21:55 / 14 Noyabr 2026
75
21:32 / 14 Noyabr 2026
96
21:22 / 14 Noyabr 2026
121
21:11 / 14 Noyabr 2026
535
21:04 / 14 Noyabr 2026
540
21:02 / 14 Noyabr 2026
101
20:56 / 14 Noyabr 2026
359
20:50 / 14 Noyabr 2026
111
20:38 / 14 Noyabr 2026
111
20:23 / 14 Noyabr 2026
1096
19:54 / 14 Noyabr 2026
106
19:50 / 14 Noyabr 2026
108
19:36 / 14 Noyabr 2026
1734
19:15 / 14 Noyabr 2026
142
19:12 / 14 Noyabr 2026
138
19:05 / 14 Noyabr 2026
127
18:50 / 14 Noyabr 2026
137
18:43 / 14 Noyabr 2026
142
18:21 / 14 Noyabr 2026
949
18:09 / 14 Noyabr 2026
155
18:06 / 14 Noyabr 2026
592
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.