Dəhşətli YANĞIN: Alov taxıl sahələrinə keçdi
01 Avqust 2026, 22:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
680
12.01.2026, 13:41
Azərbaycanda xuliqanlıqda ittiham olunan ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivinə Amnistiya aktı şamil olunub.
Oxu24.com xəbər verir ki, bu barədə APA-ya onun vəkili Xeyransa Babayeva məlumat verib.
Məlumata görə, Ədliyyə Nazirliyi Probasiya xidmətinin bununla bağlı təqdimatına Xətai rayon məhkəməsində baxılıb. Məhkəmə onu şərti cəzadan azad edib.
Oleq Krapivinlə birgə ittiham olunan Konstantin Kuçerin də Amnistiyaya düşəcəyi, cəzasının 6 ay azaldılacağı gözlənilir. Onunla bağlı Probasiya xidmətinin təqdimatına da məhkəmədə baxılacaq.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Oleq Krapivinə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onunla bağlı Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib, 6 ay sınaq müddəti seçilməklə cəzası şərti hesab olunub. Konstantin Kuçerə isə ittiham olunduğu 178.4-cü maddə üzrə bəraət verilib. İttiham olunduğu 221.3-cü maddə üzrə isə qəti olaraq 2 il 6 ay müddətinə həbs cəzası təyin edilib.
Qeyd edək ki, “Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb. Barəsində ibtidai istintaqda seçilmiş həbs qətimkan tədbiri məhkəmənin gedişində ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.
Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir. Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham verilib.
Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.
22:48 / 01 Avqust 2026
1
22:29 / 01 Avqust 2026
63
22:18 / 01 Avqust 2026
74
21:09 / 01 Avqust 2026
70
19:51 / 01 Avqust 2026
119
19:04 / 01 Avqust 2026
101
18:34 / 01 Avqust 2026
79
12:59 / 01 Avqust 2026
130
12:45 / 01 Avqust 2026
177
12:43 / 01 Avqust 2026
159
12:37 / 01 Avqust 2026
935
12:35 / 01 Avqust 2026
246
12:30 / 01 Avqust 2026
99
12:29 / 01 Avqust 2026
335
12:21 / 01 Avqust 2026
432
12:15 / 01 Avqust 2026
148
12:05 / 01 Avqust 2026
1584
12:01 / 01 Avqust 2026
152
11:59 / 01 Avqust 2026
109
11:58 / 01 Avqust 2026
99
11:37 / 01 Avqust 2026
119
11:30 / 01 Avqust 2026
99
11:16 / 01 Avqust 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.