Tələbə qızın ölüm səbəbi AÇIQLANDI
14 Noyabr 2026, 22:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
703
12.01.2026, 13:02
Milli Məclisin İntizam komissiyasının tərkibinə yenidən baxılacaq.
Oxu24.com xəbər verir ki, Daxili nizamnaməyə əsasən hər il Milli Məclisin yaz sessiyasının birinci iclasında İntizam komissiyası yaradılır. İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 11 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra İntizam komissiyası öz üzvləri sırasından komissiyanın sədrini, sədr müavinini və katibini seçir.
Hazırda bu komissiyanın sədri deputat Eldar İbrahimov, sədr müavini isə Asim Mollazadədir. Komissiyada həmçinin Kamal Cəfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Kamaləddin Qafarov, Səttar Möhbalıyev, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov və Nizami Səfərov təmsil olunur.
Milli Məclis yanında fəaliyyət göstərən İntizam komissiyası deputatların etik davranış qaydalarına riayət olunmasına nəzarət edir və bu sahədə daxil olan müraciətlərə baxır. Komissiya etik normalarla bağlı deputatları məlumatlandırır, rəy və tövsiyələr verir, pozuntuların qarşısının alınması üçün tədbirlər görür və görülən işlər barədə Milli Məclisin sədrini məlumatlandırır.
Qeyd edək ki, VII çağırış Milli Məclisin deputatları ilə bağlı etik davranış qaydalarının pozulmasına dair İntizam komissiyası tərəfindən heç bir xəbərdarlıq, töhmət və ya digər intizam tədbiri tətbiq edilməyib. Komissiyaya bu məzmunlu rəsmi müraciətlərin daxil olmadığı, habelə araşdırma aparılmasını zəruri edən hallar qeydə alınmadığı bildirilir.
22:28 / 14 Noyabr 2026
68
22:19 / 14 Noyabr 2026
43
21:55 / 14 Noyabr 2026
75
21:32 / 14 Noyabr 2026
96
21:22 / 14 Noyabr 2026
121
21:11 / 14 Noyabr 2026
535
21:04 / 14 Noyabr 2026
540
21:02 / 14 Noyabr 2026
101
20:56 / 14 Noyabr 2026
359
20:50 / 14 Noyabr 2026
111
20:38 / 14 Noyabr 2026
111
20:23 / 14 Noyabr 2026
1096
19:54 / 14 Noyabr 2026
106
19:50 / 14 Noyabr 2026
108
19:36 / 14 Noyabr 2026
1734
19:15 / 14 Noyabr 2026
142
19:12 / 14 Noyabr 2026
138
19:05 / 14 Noyabr 2026
127
18:50 / 14 Noyabr 2026
137
18:43 / 14 Noyabr 2026
142
18:21 / 14 Noyabr 2026
949
18:09 / 14 Noyabr 2026
155
18:06 / 14 Noyabr 2026
592
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.