Yeni Aparat rəhbəri təyin olunub
12 Yanvar 2026, 13:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
60
12.01.2026, 12:02
2026/2027-ci tədris ili üçün DİN-in Polis Akademiyasında hüquqşünaslıq və informasiya təhlükəsizliyi ixtisasları üzrə əyani təhsilə kursantların sənəd qəbulu davam edir.
Oxu24.com xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına hüquqşünaslıq ixtisası (III qrup) üzrə əyani təhsilə 500, informasiya təhlükəsizliyi ixtisası (I qrup) üzrə isə 25 kursantın qəbulu üçün müsabiqə ötən ilin dekabrında elan edilib.
Müsabiqədə - Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda və həqiqi hərbi xidmətə yararlı olan, buraxılış siniflərində (11-ci sinifdə) oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək olan (2026-cı ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq) Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2026-cı ilin yanvar, aprel və iyul tarixlərində həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum edilmiş (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə buraxılmır.
Sənədlərin qəbulu 2025-ci il dekabr ayının 15-dən 2026-cı il fevral ayının 22-dək bazar günləri istisna olmaqla hər gün namizədin daimi yaşadığı inzibati ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçirilir.
Polis Akademiyasında təhsilə, eyni zamanda daxili işlər orqanlarında xidmətə qəbulun ilkin şərtlərinə uyğun gələn namizədlərə müvafiq forma üzrə ərizə-öhdəlik yazmaq təklif olunur və onlar abituriyent hesab olunur.
Abituriyentlər fiziki hazırlıq imtahanı (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma – çəkisi 80 kiloqramadək olanlar üçün – 10 dəfə, 80 kiloqramdan yuxarı olanlar üçün – 8 dəfə; qaçış 100 metr məsafəyə – 15 saniyə və 1000 metr məsafəyə – 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılması – 20 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 20 dəfə) verməli, Nazirliyin seçmə komissiyasından uğurla keçdikdən sonra Tibb İdarəsinin Xüsusi həkim komissiyasında müayinə olunub “Polis Akademiyasında təhsilə yararlı” olması barədə rəyi sənədləri toplanan polis orqanına dərhal təqdim etməlidirlər.
Komissiyaların işi ilə bağlı şikayətlərə nəticələr elan olunduğu anda abituriyentin komissiya sədrinə müraciəti olduqda baxılır.
Fiziki hazırlıq normativlərindən birini ödəyə bilməyən, Nazirliyin seçmə və ya həkim komissiyalarından keçə bilməyən və ya həkim komissiyasına göndəriş aldığı gündən15 gün ərzində müvafiq rəyi təqdim etməyən abituriyentlər müsabiqədən kənarlaşdırılır.
Həmçinin oxuyun
Müsabiqəyə buraxılan abituriyentlərin siyahısı hüquqşünaslıq ixtisası (III qrup) və informasiya təhlükəsizliyi ixtisası (I qrup) fənləri üzrə qəbul imtahanlarına buraxılmaları üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndəriləcək. İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə həmin Mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.
DİM-in qərarı əsasında seçilmiş abituriyentlərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanır. 18 yaşına çatmayan şəxlərlə müqavilə onların qanuni nümayəndələrinin – valideyninin, övladlığa götürənin və ya himayəçinin yazılı razılığı ilə bağlanılır. Bu şəxslərin Polis Akademiyasına qəbulu müqavilə bağlandıqdan sonra Akademiya rəhbərinin əmri ilə rəsmiləşdirilir və onlar daxili işlər orqanlarının əməkdaşı hesab olunurlar.
Daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilədə abituriyentlərin daxili işlər orqanlarına xidmətə könüllü daxil olması, təhsili başa vurduqdan sonra 7 (yeddi) il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi, habelə təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətdə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin Polis Akademiyasında onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi nəzərdə tutulur.
Daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilənin forması və bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması qaydası Nazirlik tərəfindən müəyyən edilir.
Polis Akademiyasında bakalavrların hazırlanmasına çəkilmiş xərclər daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə ilə müəyyən edilmiş müddətdə könüllü ödənilmədikdə məhkəmə qaydasında tutulur.
DİN-in Polis Akademiyasına qəbul olunmuş kursantlar 14 avqust – 14 sentyabr 2026-cı il tarixdə Akademiyada ilkin hazırlıq kursuna cəlb edilir, dərslər 15 sentyabrda başlamaqla, tədris azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.
Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, Akademiyanın ərazisində yerləşən yataqxanada yaşayırlar.
13:50 / 12 Yanvar 2026
1
13:41 / 12 Yanvar 2026
7
13:38 / 12 Yanvar 2026
15
13:31 / 12 Yanvar 2026
21
13:24 / 12 Yanvar 2026
20
13:14 / 12 Yanvar 2026
32
13:12 / 12 Yanvar 2026
29
13:06 / 12 Yanvar 2026
25
13:05 / 12 Yanvar 2026
359
13:02 / 12 Yanvar 2026
31
12:59 / 12 Yanvar 2026
26
12:54 / 12 Yanvar 2026
38
12:47 / 12 Yanvar 2026
34
12:45 / 12 Yanvar 2026
39
12:44 / 12 Yanvar 2026
32
12:42 / 12 Yanvar 2026
38
12:40 / 12 Yanvar 2026
34
12:38 / 12 Yanvar 2026
35
12:36 / 12 Yanvar 2026
38
12:33 / 12 Yanvar 2026
55
12:30 / 12 Yanvar 2026
39
12:23 / 12 Yanvar 2026
38
12:14 / 12 Yanvar 2026
1144
12:08 / 12 Yanvar 2026
38
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.