SON DƏQİQƏ! 43 yaşlı generalla bağlı ƏMR İMZALANDI
23 Fevral 2026, 12:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
475
12.01.2026, 10:20
Vətəndaşlara təqdim olunan rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə “mygov” platformasında daha iki yeni xidmət istifadəyə verilib.
Bu barədə Oxu24.com-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.
Məlumata görə, artıq istifadəçilər mülki pilotsuz uçuş aparatlarının (PUA) dövriyyəsinə xüsusi icazənin verilməsi və PUA-ların dövlət qeydiyyatına alınması üzrə müraciətlərini rəqəmsal şəkildə “mygov” platforması üzərindən göndərə bilərlər. Sözügedən xidmətlərin inteqrasiya prosesi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Dövlət Mülki Aviasiya Agentliyinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilmişdir.
PUA-ların dövriyyəsinə xüsusi icazənin verilməsi ilə bağlı müraciətin göndərilməsi xidməti PUA-nın dövlət qeydiyyatına alınması ilə bağlı müraciətin təqdim edilməsindən əvvəl alınmalı olan ilkin rəsmi icazənin əldə olunmasını təmin edir.
Bu xidmətə müraciət üçün “mygov” tətbiqinin əsas səhifəsində “Xidmətlər” bölməsinə keçid edilir, “Nəqliyyat” kateqoriyası seçilir və “Pilotsuz uçuş aparatlarının (PUA) dövriyyəsinə xüsusi icazənin verilməsi üzrə müraciətlərin göndərilməsi” xidmətinə daxil olunur. Daha sonra müvafiq məlumatlar yazılır, sənədlər yüklənilir və müraciət göndərilir. Vətəndaşlar veb-sayt vasitəsilə xidmətlərdən yararlanmaq üçün my.gov.az-a daxil olaraq “Xidmətlər” bölməsini açıb, “Qurumlar” altbölməsindən Dövlət Mülki Aviasiya Agentliyini seçə və müvafiq xidmətə keçid edə bilərlər.
Dövlət Mülki Aviasiya Agentliyi ərizəçi tərəfindən təqdim olunan qanunvericiliklə nəzərdə tutulmuş müraciət və sənədlərin uyğunluğunu yoxlayır, çatışmazlıq olduğu halda isə ərizəçiyə bu barədə məlumat verir. Müraciət uyğun olduqda və ya çatışmazlıqlar aradan qaldırıldıqda müraciət rəy alınması üçün müvafiq dövlət qurumlarına göndərilir. Bütün rəylər müsbət olduğu halda PUA-nın ölkə ərazisində dövriyyəsinə icazə verilməsi barədə yekun qərar qəbul edilir. Xüsusi icazənin verilməsi üçün PUA-nın əsas texniki parametrləri, məsafədən identifikasiya sisteminin və coğrafi zonaları təyinetmə funksiyasının mövcudluğu mütləq tələb olunur.
Həmçinin oxuyun
PUA-ların qeydiyyatı üzrə müraciətlərin göndərilməsi xidməti isə xüsusi icazə alındıqdan sonra həyata keçirilən növbəti mərhələdir və bu proses üzrə icraat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 23 aprel tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları”na uyğun olaraq aparılır.
Hər bir PUA-nın sahibi PUA-nı Azərbaycan Respublikasına idxal etməzdən əvvəl və xüsusi icazə aldıqdan sonra və ya Azərbaycan Respublikasında istehsal etdikdən sonra 10 (on) iş günü ərzində onun dövlət qeydiyyatına alınması üçün müraciət etməlidir. Qeydiyyat sertifikatı 5 il müddətinə qüvvədədir və hər bir PUA-nın eyni vaxtda yalnız bir qeydiyyat sertifikatı ola bilər.
Qeydiyyat müraciətinin göndərilməsi üçün tətbiqin əsas səhifəsində “Xidmətlər” bölməsindən “Nəqliyyat” kateqoriyasına keçilir, “PUA-ların dövlət qeydiyyatına alınması üzrə müraciətlərin göndərilməsi” xidməti seçilir, müvafiq məlumatlar yazılır, sənədlər yüklənilir və müraciət göndərilir. Eyni zamanda my.gov.az saytına daxil olaraq “Xidmətlər” bölməsinə keçib “Qurumlar” altbölməsindən Dövlət Mülki Aviasiya Agentliyini seçə və müvafiq xidmətə keçid edə bilərlər.
Yeni xidmətlər PUA-ların dövriyyəsi və qeydiyyatı ilə bağlı prosesləri rəqəmsal müstəviyə daşıyaraq müraciətlərin daha rahat və əlçatan formada idarə olunmasını təmin edir.
12:35 / 23 Fevral 2026
5
12:30 / 23 Fevral 2026
46
12:12 / 23 Fevral 2026
24
12:11 / 23 Fevral 2026
24
12:00 / 23 Fevral 2026
128
11:50 / 23 Fevral 2026
344
11:45 / 23 Fevral 2026
79
11:37 / 23 Fevral 2026
276
11:32 / 23 Fevral 2026
340
11:27 / 23 Fevral 2026
46
11:26 / 23 Fevral 2026
32
11:19 / 23 Fevral 2026
41
11:13 / 23 Fevral 2026
101
11:06 / 23 Fevral 2026
92
11:00 / 23 Fevral 2026
140
10:53 / 23 Fevral 2026
210
10:44 / 23 Fevral 2026
49
10:41 / 23 Fevral 2026
265
10:37 / 23 Fevral 2026
93
10:29 / 23 Fevral 2026
60
10:25 / 23 Fevral 2026
39
10:10 / 23 Fevral 2026
43
10:07 / 23 Fevral 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.