50 manata verilən çay narazılıq yaradır: Yeni qərar qəbul olunacaq?
13 May 2026, 13:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
629
11.01.2026, 19:05
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi məqsədilə 12 yanvar tarixindən etibarən ilk dəfə Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə başlayır.
Oxu24.com xəbər verir ki ,bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Müasir elektrik qatarı hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil edir.
Sərnişinlər marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.
Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq.
Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4.30 AZN, Ləki–Qəbələ istiqamətində isə 1.70 AZN təşkil edir.
Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə də imkan verəcək. Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə–Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkündür. Sərnişinlər Qəbələ–Gəncə qatarından istifadə edərək saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya gələ bilərlər.
Biletləri ADY-nin rəsmi veb-saytı və "ADY Mobile" tətbiqi vasitəsilə almaq olar.
Yeni sərnişindaşıma marşrutu qərb və şimal-qərb bölgələri arasında əlçatanlığın artırılmasına və daxili turizmin inkişafına töhfə verəcək. Bu, Gəncə–Mingəçevir–Gəncə marşrutundan sonra ADY-nin ikinci regiondaxili sərnişindaşıma marşrutu olaraq bölgələrdə nəqliyyatın imkanlarının artırılmasına, regionlararası nəqliyyat bağlantısının və mobilliyin genişləndirilməsinə xidmət edəcək.
13:19 / 13 May 2026
1
13:05 / 13 May 2026
39
12:57 / 13 May 2026
120
12:49 / 13 May 2026
71
12:44 / 13 May 2026
157
12:41 / 13 May 2026
50
12:38 / 13 May 2026
48
12:34 / 13 May 2026
51
12:32 / 13 May 2026
51
12:24 / 13 May 2026
85
12:18 / 13 May 2026
123
12:11 / 13 May 2026
75
12:04 / 13 May 2026
69
12:00 / 13 May 2026
301
11:50 / 13 May 2026
61
11:46 / 13 May 2026
62
11:44 / 13 May 2026
69
11:35 / 13 May 2026
336
11:28 / 13 May 2026
61
11:22 / 13 May 2026
356
11:09 / 13 May 2026
412
10:56 / 13 May 2026
71
10:52 / 13 May 2026
657
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.