5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
883
10.01.2026, 12:22
Şəki rayonu Çayqaraqoyunlu kənd sakini Zənfirə Sirəfilovanın ağır görmə qüsuru olan oğlunun hərbi xidmətə aparılması cəhdi ilə bağlı şikayəti öz nəticəsini verib.
Oxu24.com xəbər verir ki, Modern.az-ın məsələni işıqlandırmasından sonra, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) Şəki Şəhər Şöbəsində çağırışçı qəbul edilərək təkrar müayinəyə göndərilib.
Zənfirə Sirəfilovanın sözlərinə görə, övladı Dəyanət Sirəfilovun anadangəlmə göz zəifliyi və göz kökündə ağrılar səbəbləri nəzərə alınmadan qanunazidd olaraq hərbi xidmətə göndərilməsi haqqında əsassız qərar verilmişdi. Artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi həkim komissiyası tərəfindən qərar ləğv olunub.
“Bu məsələyə obyektiv yanaşılmasına görə sizə və digər media qurumlarına təşəkkür edirəm.
Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, qurumun Şəki Şəhər Şöbəsinin süründürməçiliyinə və qanunsuz qərarına aydınlıq gətirildi”,-Zənfira Sirəfilova deyib.
Xatırladaq ki, bir müddət əvvəl, Zənfirə Sirəfilova redaksiyamıza müraciət edərək, 2007-ci il təvəllüdlü oğlu Dəyanət Sirəfilovun anadangəlmə ağır dərəcəli görmə zəifliyindən əziyyət çəkməsinə, bütün tibbi sənədlərin SHÇDX Şəki Şəhər Şöbəsində olmasına baxmayaraq, qurumun əməkdaşları tərəfindən ailəyə təzyiq göstərildiyini deyib. 6 aylıq süründürməçilikdən sonra, yanvarın 7-də xəstə gəncin hərbi xidmətə aparılacağı bildirilib. Bu müddət ərzində gəncin təhsil aldığı kollecdə dərslərindən geri qaldığı və imtahanlarda iştirak edə bilmədiyi qeyd olunur.
Məsələ ictimailəşdikdən sonra Zenfira Sirəfilova SHÇDX Şəki Şəhər Şöbəsinin rəisi polkovnik-leytenant Qaraş Abbasov tərəfindən qəbul olunub və yanvarın 8-də səhər saatlarında Dəyanət Sirəfilov qurum nümayəndələrinin müşayiəti ilə Bakıya - Mərkəzi Hərbi Həkim Komissiyasına təkrar müayinə üçün göndərilib.
23:59 / 14 Noyabr 2026
1
23:51 / 14 Noyabr 2026
35
23:47 / 14 Noyabr 2026
46
23:33 / 14 Noyabr 2026
64
23:23 / 14 Noyabr 2026
183
23:16 / 14 Noyabr 2026
67
23:05 / 14 Noyabr 2026
266
23:01 / 14 Noyabr 2026
137
22:28 / 14 Noyabr 2026
678
22:19 / 14 Noyabr 2026
82
21:55 / 14 Noyabr 2026
110
21:32 / 14 Noyabr 2026
131
21:22 / 14 Noyabr 2026
169
21:11 / 14 Noyabr 2026
729
21:04 / 14 Noyabr 2026
843
21:02 / 14 Noyabr 2026
123
20:56 / 14 Noyabr 2026
630
20:50 / 14 Noyabr 2026
133
20:38 / 14 Noyabr 2026
130
20:23 / 14 Noyabr 2026
1293
19:54 / 14 Noyabr 2026
118
19:50 / 14 Noyabr 2026
122
19:36 / 14 Noyabr 2026
1983
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.