5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1138
10.01.2026, 11:57
Xəzər dənizi uzun illər boyu regionun ən zəngin ekosistemlərindən biri hesab edilib. Lakin son dövrlər aparılan müşahidələr və mütəxəssis rəyləri göstərir ki, Xəzər ciddi ekoloji təhlükə ilə üz-üzədir. Dəniz səviyyəsinin azalması, çirklənmə və iqlim dəyişiklikləri Xəzərin canlı aləmini səssizcə məhv edir.
Bu mövzuyla bağlı ekoloq Rövşən Abbasov Oxu24.com-a açıqlamasında bildirdi ki, hazırda Xəzər dənizinin problemlərini sadalasaq, biz ilk növbədə səviyyənin azalmasını qeyd etməliyik:
“Dənizin səviyyəsi sürətlə azalmaqdadır. Bu da Xəzər dənizinin eko-sistemini böyük ölçüdə təhlükə altına salır.
Əsas problem çirklənmə ilə bağlıdır. Xəzər hövzəsində yerləşən şəhərlərdən Xəzər dənizinə çirkab suları axıdılır. Bu şəhərlər Rusiya ərazisində yerləşir. Eləcə də Azərbaycan ərazisində, Gürcüstan ərazisində Kür çayı vasitəsilə gələn çirkab suları da Xəzərə tökülür. Bu problemlərin həll çox çətindir. Həm çirklənmə, həm də səviyyənin azalması dənizin kiçilməsinə səbəb olur.
Çirklənmiş maddələr balıqların bədəninə asanlıqla hopur. Çirkab maddələri də balıqlarda uzunmüddətli xəstəliklər yaradır. Hətta o balıqların genetik dəyişməsi baş verir.
Xəzər suyunun azalmasının qarşısını almaq üçün Xəzərə gələn çayların suyu bərpa olunmalıdır. Ona görə də hövzələrdə su ehtiyatlarından daha səmərəli istifadə etmək lazımdır. Xüsusi dövlət proqramları işlənməlidir ki, biz Xəzər hövzəsində su israfını azaldaq və beləliklə, Xəzər dənizinə tökülən çayların suyu artsın”,-deyə ekoloq bildirib.
Çimnaz Telmanqızı
23:59 / 14 Noyabr 2026
1
23:51 / 14 Noyabr 2026
35
23:47 / 14 Noyabr 2026
46
23:33 / 14 Noyabr 2026
64
23:23 / 14 Noyabr 2026
183
23:16 / 14 Noyabr 2026
67
23:05 / 14 Noyabr 2026
266
23:01 / 14 Noyabr 2026
137
22:28 / 14 Noyabr 2026
678
22:19 / 14 Noyabr 2026
82
21:55 / 14 Noyabr 2026
110
21:32 / 14 Noyabr 2026
131
21:22 / 14 Noyabr 2026
169
21:11 / 14 Noyabr 2026
729
21:04 / 14 Noyabr 2026
843
21:02 / 14 Noyabr 2026
123
20:56 / 14 Noyabr 2026
630
20:50 / 14 Noyabr 2026
133
20:38 / 14 Noyabr 2026
130
20:23 / 14 Noyabr 2026
1293
19:54 / 14 Noyabr 2026
118
19:50 / 14 Noyabr 2026
122
19:36 / 14 Noyabr 2026
1983
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.