Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14952
az

Fuad Abbasov Bakıda - FOTO

00:1826 İyun, 2019
822
CƏMİYYƏT
  • A
Rusiyadan deportasiya olunmuş azərbaycanlı jurnalist Fuad Abbasov artıq Bakıdadır.

Oxu24.com APA-ya istinadən xəbər verir ki, onu gətirən təyyarə artıq Heydər Əliyev adına Hava Limanına enib.

Jurnalisti hava limanında ailə üzvləri, dostları və media nümayəndələri qarşılayıb.
Xatırladaq ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.

Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov Azərbaycana deportasiya olunmasını gözləyirdi. O, iki dəfə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etməmişdilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR