Qaynar xətt:

(+99450) 247 90 86

Əli Əsədov qərar imzaladı

news/2026_01_09/1543818_1767969636.jpg

CƏMİYYƏT

165

09.01.2026, 18:48

Mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti beş ildir.

Oxu24.com  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov "Mediasiya haqqında" Azərbaycan Respublikasının

Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 184-VIIQD nömrəli

Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi

haqqında Qərar imzalayıb.

Qərarla mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti beş il

olması barədə "Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası"na 3.9-cu bənd əlavə

edilib.