Qaynar xətt:

(+99450) 247 90 86

Jurnalist Fuad Abbasov azadlıqda - Bakıya gəlir

Jurnalist Fuad Abbasov azadlıqda - Bakıya gəlir

CƏMİYYƏT

646

25.06.2019, 21:21

\"\" Rusiyada həbsdə olan jurnalist Fuad Abbasov azadlığa buraxılıb.
Oxu24.com xəbər verir ki, bununla bağlı jurnalistin Facebook hesabında məlumat verilib. Bildirilib ki, jurnalist Moskva vaxtı ilə 19:40-da Bakıya yola düşüb.
Qeyd edək ki, Rusiyada yaşayan və fəaliyyət göstərən jurnalist F.Abbasov mayın 16-da miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinərək saxlanmışdı. Mayın 28-də onun Azərbaycana deportasiyası nəzərdə tutulsa da, bu, qeyri-müəyyən səbəblərdən təxirə salınmışdı.