Azər Araz teoriminin yaradılmasına Manifest
21 Yanvar 2026, 20:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
427
09.01.2026, 14:19
2025-ci ildə Hesablama Palatasının büdcəsi 84,2%, icra olunub.
Oxu24.com xəbər verir ki, bu barədə Palatanın 2025-ci il üçün büdcəsinin icrası haqqında hesabatında qeyd olunub.
Bildirilib ki, büdcə ili ərzində həyata keçirilmiş dəyişikliklərin məbləği 157,7 min manat olmaqla təsdiq edilmiş xərclər smetasına nisbəti 1,4%-dən də aşağı olub.
Xərclər smetası ilə yanaşı, Palataya 2025-ci il ərzində dövlət büdcəsinin bölüşdürülməmiş xərc istiqamətlərindən də əlavə vəsait ayrılıb. Belə ki, 1 beynəlxalq tədbir üçün 132 min manat və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortası xərc istiqaməti üzrə 2,6 min manat ayrılıb. Beləliklə, bütün istiqamətlər nəzərə alınmaqla Palata üçün 2025-ci ildə 11590,5 min manat nəzərdə tutulub, büdcənin kassa icrası 9764,9 min manata bərabər olub. Başqa sözlə, Hesablama Palatasının büdcəsi il üçün 84,2%, icra olunub.
Həmçinin oxuyun
Qeyd edək ki, təsdiq edilmiş büdcə ilə müqayisədə icra edilməyən məbləğ 1825,6 min manat, o cümlədən əməyin ödənişi üzrə 1607,1 min manat, alışlar üzrə 173,6 min manat, sosial ödənişlər üzrə 44,9 min manat təşkil edib.
Palatanın hesabatında qeyd olunub ki, nəzərdə tutulmuş göstəricilərə nisbətən aşağı icra səviyyəsi Hesablama Palatasının ştat cədvəlində vakant vəzifələrin olması, keçirilmiş dövlət satınalmaları zamanı bəzi hallarda (dəftərxana və təsərrüfat xərclər, mətbəə məhsulları, maşın və avadanlıqlar və s.) qalib təşkilatın təklifinin ehtimal olunan qiymətdən əhəmiyyətli dərəcədə aşağı olması, habelə bəzi xarici ölkələrə ezamiyyələr üzrə xərclərin dəvət edən tərəfindən maliyyələşdirilməsi ilə vəsaitə qənaət olunması, eyni zamanda dövlət tərəfindən tənzimlənən bəzi qiymətlərin il ərzində dəyişdirilməsi (məsələn, yanacaq) və s. ilə bağlı olub.
20:43 / 21 Yanvar 2026
1
20:40 / 21 Yanvar 2026
14
20:37 / 21 Yanvar 2026
10
20:36 / 21 Yanvar 2026
16
20:32 / 21 Yanvar 2026
10
20:25 / 21 Yanvar 2026
27
20:24 / 21 Yanvar 2026
44
20:16 / 21 Yanvar 2026
87
20:14 / 21 Yanvar 2026
28
20:07 / 21 Yanvar 2026
33
20:00 / 21 Yanvar 2026
39
19:54 / 21 Yanvar 2026
1314
19:52 / 21 Yanvar 2026
52
19:51 / 21 Yanvar 2026
97
19:45 / 21 Yanvar 2026
41
19:39 / 21 Yanvar 2026
42
19:29 / 21 Yanvar 2026
57
19:19 / 21 Yanvar 2026
57
19:09 / 21 Yanvar 2026
143
18:57 / 21 Yanvar 2026
131
18:48 / 21 Yanvar 2026
121
18:39 / 21 Yanvar 2026
128
18:29 / 21 Yanvar 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.