5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2823
09.01.2026, 13:24
Xəbər verdiyimiz kimi 1991-ci ilin 9 yanvarında erməni vəhşiləri tərəfindən güllələnərək şəhid edilən jurnnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində , Azərbaycan Milli Qəhrəmanı və şəhid olan o vaxtkı milis işçisi İsrafil Şahverdiyevin , hazırda ehtiyatda olan polkovnikər Ayaz Kərimovun və Odruxan Kərimovun böyük rolu olur. Şuşa rayonun Qaladərəsi kəndində yaradılmış terror dəstəsinin üzvləri olan Arno Mkrtçyan, Qraçik (Hraçik) Petrosyan, Arvid Manqasaryan, Qagik Arustamyan 1991-ci ilin mayında həbs olunmuşdu. 1993-cü ildə cinayətkarlar ölümə məhkum edilirlər. Lakin göstərilən şəxslərin hamısı 1996-cı il mayın 8-də birtərəfli qaydada Ermənistana təhvil verilir.
Bəs, bu qatillərin sonrakı taleyi necə olur?
Oxu24.com xəbər verir ki,erməni mediası yazır ki, Arnonun 3 yox 4 silahdaşı olub. Qagik Arustamyan, Arvid Manqasaryan, Hraçik Petrosyandan əlavə Qagik Harutyunyan.
Fotoda erməni hərbçiləridir
Arno Mkrtçyan- 23 aprel 1953-cü ildə Berdadzorda (ermənilər Şuşa rayonunun Sarıbaba, Göytala, Onverst, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi kəndlərinin əhatə etdiyi ərazini belə adlandırır) Kiçik Qaladərəsi kəndində anadan olub. Ali təhsil aldıqdan sonra əvvəl Kiçik Qaladərəsi orta məktəbində fizika müəllimi işləyən qatil 1982-ci ildə ailə qurduqdan sonra Xankəndinə köçür, gənc texniklər klubunda, daha sonra isə pedaqoji institutda çalışır.
1988-ci ildən Azərbaycan xalqına və dövlətinə qarşı separatçılıqla və terrorçuluqla məşğul olub. 15 nəfər terror dəstəsinin başçısı idi.

Fotoda Azərbaycan əsgərləridir
Şuşa Polis Bölməsinin əməkdaşı olmuş hazırda ehtiyatda olan polkovnik Azay Kərimov danışır: Hamısını həbs elədik! Mən bunun dalınca məktəbin zirzəmisinə girərkən üstümə qumbara atdı. Qumbara tokar dəzgahında kustar üsulla (fitil ilə alışan ) hazırlandığından yaxşı alışdıra bilməmişdi partlamadı . Öldürməməkdə məni günahlandırmayın, rəhmətlik İsmət Qayibovun şifahi göstərişi vardı ki, diri tutulsunlar ! Bunlara Şuşa türməsində cəzalandırdıq. Qarik (erməni mənbələrində Hraçik Petrosyanın elə həbsdə ikən öldüyünü yazırlar) adinda avtobus sürücüsü gecə dişləri ilə öz qolunun damarlarini çeynəyərək dağıtmışdı ki,qanaxmadan ölsün .Vəziyyəti başa düşən Baş prokuror hamısını Bakıya etap elədi ki, türmədə çürüsunlər”.
1993-cü ilin oktyabrında Arno Mkrtçyanın onların qucağında vəfat etdiyini iddia edən 3 nəfər 1996-cı ildə Ermənistana təhvil verilir. Erməni mediası iddia edir ki, qatillərdən biri azad olunduqdan sonra Qarabağa gəlir və Arnonun sümüklərini daşıyıb Kiçik Qaladərəsi kəndindəki qəbristanlığında basdırır. ( Amma Bakıya sağ aparılan Arnonun cəsədi Qarabada ola bilməzdi . Yəqin ki, burada söhbət intihar edən qatil Hraçik Petrosyandan gedir- red-Ə.R. ) Hətta 2013-cü ildə kənddə qatilin qardaşı Armon tərəfindən təşkil edilən “Arnonun 60 illik yubileyi” keçirilib.
Əsirlikdən geri gələn 3 qatillə: Qagik Arustamyan, Arvid Manqasaryan, Qagik Harutyunyanla bağlı məlumatlara rast gəlmədik. Düşünürük ki, Bakı həbsxanasından gözləri qorxmuş bu qatillər sonradan döyüşlərə qatılmırlar və yaxud ölkəni tərk edirlər.



Əntiqə Rəşid
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.