Bu 3 bürcün bəxti üzünə güləcək
03 Oktyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
684
09.01.2026, 12:46
Qəbələdə xəstənin ölümünə səbəb olan həkimin cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Oxu24.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən il iyunun 26-da Qəbələ şəhər sakini 2009-cu il təvəllüdlü Məleykə Məmmədovanın "Qəbələ rayon Mərkəzi Xəstəxanası" PHŞ-in Cərrahiyyə şöbəsində ölməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla qeyd edilən tibb müəssisəsinin cərrahiyyə şöbəsinin həkim-otorinolarinqoloqu Elçin Mahmudov tərəfindən "iki tərəfli tonzillektomiya" cərrahiyyə əməliyyatının texniki qüsurla icra edilməsi səbəbindən M.Məmmədovanın stasionar müalicə aldığı həmin xəstəxanada kəskin qanitirmə nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Elçin Mahmudov cinayət işi üzrə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib, barəsində isə istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq yekunlaşıdırlaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
00:24 / 03 Oktyabr 2026
36
23:52 / 02 Oktyabr 2026
34
23:39 / 02 Oktyabr 2026
56
23:31 / 02 Oktyabr 2026
172
23:27 / 02 Oktyabr 2026
56
23:24 / 02 Oktyabr 2026
61
23:22 / 02 Oktyabr 2026
55
23:15 / 02 Oktyabr 2026
58
23:09 / 02 Oktyabr 2026
66
22:57 / 02 Oktyabr 2026
192
22:52 / 02 Oktyabr 2026
58
22:37 / 02 Oktyabr 2026
68
22:28 / 02 Oktyabr 2026
76
22:27 / 02 Oktyabr 2026
64
22:25 / 02 Oktyabr 2026
140
22:23 / 02 Oktyabr 2026
73
22:14 / 02 Oktyabr 2026
75
22:09 / 02 Oktyabr 2026
63
21:56 / 02 Oktyabr 2026
92
21:55 / 02 Oktyabr 2026
993
21:54 / 02 Oktyabr 2026
76
21:52 / 02 Oktyabr 2026
68
21:43 / 02 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.