5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
944
09.01.2026, 11:23
Dünən axşam Qurtuluş Reabilitasiya Mərkəzindən qaçdığı deyilən jurnalist Nəsimi Nəbizadəni hələ də Mərkəzə gətirə bilməyiblər.
Oxu24.com xəbər verir ki, bu barədə açıqlama verən Mərkəzin rəhbəri Ceyhun Salmanov deyib ki, hər bir pasiyenti üç ay sonra bir neçə nəfərin nəzarəti altında çölə çıxarılır.
“Nəsimi Nəbizadənin yaşını, təcrübəsini, alicənablığını nəzərə alaraq etibar etdik. Toplu şəkildə dəfələrlə gəzintilərdə olmuşuq, Qarabağa da getmişdik. Xalq onu tanıyır. Böyük bir məsuliyyətin altına girdik. Hamı onun sağalmasını istəyirdi. Darıxdı, gəzmək istədi, mən də tək özümlə apardım. Nizami küçəsində təşkil olunmuş “Soyuq əllər, isti ürəklər” yarmarkasına getdik, kumbir yedik, tir də atdıq. Əylənməsini istədim. Sonra restoranda əyləşdik, çay içmək istəyirdik, sifariş etdik, mən “WC”yə gedib qayıdanda gördüm ki, Nəsimi müəllim yoxdur. Yəni reabilitasiya mərkəzindən qaçmayıb, restorandan qaçıb. Beş ay Nəsimi müəllim gözlədi. Evindən bizə səslənmədi. Pəncərənin açıldığını gördüm. Sonra qonşuları gecə saat 04:00-də zəng etdilər ki, biz onunla danışdıq. Onunla beş-on dəqiqə söhbət etsək, yenə sağlam düşüncəyə gətirə bilərik. Guya reklam, şou olunduğuna bezib qaçdığını deyirlər. Əksinə, ümumi Mərkəzin daxilində sıxılırdı, deyirdi ki, gəzmək istəyirəm. Çox ehtimal ki, hələ narkotik istifadə etməyib. Amma İdarə Heyətində fikir ayrılığı da var ki, artıq istifadə edib. Təcrübəli şəxslər onun davranışına əsasən belə diaqnoz verirlər. Jurnalist Ceyhun Əsgərovla bağlı isə hər şey yaxşıdır. İnanırıq ki, onunla bağlı problem çıxmaz”, – o bildirib.
(Pravda.az)
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.