Pensiyalarla bağlı VACİB XƏBƏR: 8 yaşına çatmamış uşaq olduqda…
12 Mart 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1014
08.01.2026, 22:30
Bu gün bəzi yerli icra hakimiyyətlərində çoxsaylı vakant yerlər gözə dəyir.
İki müavini və köməkçisi olmadan işləyən başçı
Oxu24.com xəbər verir ki,İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin işi son vaxtlar daha da çətinləşib. Onun rəhbəri olduğu aparatda 35 ştat vahidinin 11-i boş qalıb. Hazırda başçının iki müavini: Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər şöbələrinin müdirləri, habelə köməkçisi yoxdur.
İmişli RİH başçısının aparatında İnformasiya təminatı və təhlili sektorunun , Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdirləri postları da boşdur.
Sözügedən icra hakmiyyətində həmçinin Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi, Mеmarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndis) ştatları da vakantdır.
Beyləqan RİH sürücü tapa bilmir?
Beyləqan RİH-də Başçının müavinlərindən biri olan Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri ştatı boşdur. Qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsi üzrə dini qurumlarla işin təşkilatçısı, habelə həmin şöbənin baş məsləhətçilərdən biri yoxdur. Memarlıq və tikinti şöbəsi üzrə müdir (baş memar) və böyük məsləhətçi (mühəndis) yerləri də uyğun kadrların yolunu gözləyir. Beyləqan RİH-də həmçini xidmət şöbəsinin baş mütəxəssis-sürücü ştatı da boş qalıb.
Saatlı və Kürdəmirdə 1-ci müavin postları boşdur
Saatlı RİH başçının 1-ci müavini, habelə aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı, Hüquq şöbəsində məsləhətçi, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini, Memarlıq və tikinti şöbəsinin müdiri və aparıcı məsləhətçi (mühəndis) vəzifələri vakansiyaya çıxarılıb.
Kürdəmir RİH-də də icra başçısının 1-ci müavini vəzifəsi boş qalıb. İcra başçısının köməkçisi və digər müavini: Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri ştatları da vakantdır. Bu qurumda da Memarlıq və tikinti sektorunun müdiri (baş memar) və həmin sektor üzrə böyük məsləhətçi yoxdur.
Həmçinin oxuyun
Biləsuvar RİH-in üç şöbəsi müdirsiz qalıb
Biləsuvar RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş, Hüquq, Memarlıq və tikinti şöbələri üzrə şöbə müdiri vəzifələri boşdur.
Zərdab RİH-də cəmi 2 nəfər çalışır?!
Zərdab RİH-in rəsmi internet səhifəsində “Aparatın strukturu” bölümündə 38 ştat vahidi göstərilsə də, onlardan cəmi 2-sinin: icra başçısı və onun 1-ci müavini vəzifələrini daşıyan şəxslərin adları qeyd edilib, qalan qrafalar boş saxlanılıb. “Rayon İcra Hakimiyyətinin başçısı yanında fəaliyyət göstərən Şuranın tərkibi”ndə də vəzifə adları var, şəxs adları yox. Buna görə həmin RİH üzrə vakant yerləri müəyyənləşdirə bilmədik.
Sabirabad RİH-də bütün vəzifələr tutulub
Vakansiya bolluğu heç də bütün yerli icra hakimiyyəti orqanlarına aid edilə bilməz. Məsələn rəsmi internet səhifələrinə baxış keçirdiyimiz Ağsu RİH-də 3, Ucar RİH-də cəmi 1 ştat tutulmayıb. Sabirabad RİH-də isə boş qalan məsul vəzifəyə rast gəlmədik.
Azər Əli
00:25 / 12 Mart 2026
1
00:02 / 12 Mart 2026
33
23:56 / 11 Mart 2026
416
23:53 / 11 Mart 2026
122
23:49 / 11 Mart 2026
38
23:49 / 11 Mart 2026
32
23:41 / 11 Mart 2026
35
23:40 / 11 Mart 2026
37
23:34 / 11 Mart 2026
43
23:32 / 11 Mart 2026
38
23:30 / 11 Mart 2026
56
23:20 / 11 Mart 2026
36
23:15 / 11 Mart 2026
1274
23:11 / 11 Mart 2026
120
23:05 / 11 Mart 2026
213
22:55 / 11 Mart 2026
44
22:53 / 11 Mart 2026
89
22:53 / 11 Mart 2026
158
22:42 / 11 Mart 2026
49
22:40 / 11 Mart 2026
52
22:35 / 11 Mart 2026
842
22:34 / 11 Mart 2026
148
22:32 / 11 Mart 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.