5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
711
08.01.2026, 17:38
Bakının Sabunçu rayonundakı "Zabrat maşınqayırma zavodu" ASC-nin dövlətə məxsus səhmlərinin satışı ilə əlaqədar investisiya müsabiqəsinə yekun vurulub.
Oxu24.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, daha əlverişli şərtlər təklif etmiş "ZMZ Metal" MMC müsabiqənin qalibi elan olunub. Müqavilə layihəsi üzərində aparılmış danışıqlardan sonra müsabiqə qalibi ilə müvafiq alqı-satqı müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, investor digər maliyyə-iqtisadi və sosial öhdəliklərlə yanaşı, dövlət büdcəsinə 3 milyon manat köçürülməsi, habelə 2 il ərzində müəssisəyə 7,5 milyon manatlıq İnvestisiya Proqramının icrasına dair öhdəliklər götürüb. İnvestisiya Proqramı çərçivəsində müxtəlif növ mexaniki konstruksiyaların və quraşdırma prosesində istifadə olunan detalların istehsalının təşkili, müəssisədə ekoloji təmiz isti sinkləmə sexinin və müvafiq qurğuların quraşdırılması, yeni avadanlıqların alınması, mövcud avandanlıqların təmiri, yeni tikililərin inşası, nəqliyyat vasitələri və texnikaların alınması, infrastrukturun (elektrik enerjisi, qaz, su, kanalizasiya) təkmilləşdirilməsi nəzərdə tutulur.
İnvestisiya qoyuluşları nəticəsində müəssisədə 100 yeni iş yerinin yaradılması planlaşdırılır.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.