Bu 3 bürcün bəxti üzünə güləcək
03 Oktyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
604
08.01.2026, 12:45
Azərbaycanda istehsal olunan enerjini saxlamaq üçün Batareya Enerji Saxlanc Sistemi də yaradılır.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Gülüstan" sarayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində bildirib.
"Gələcək planlarla bağlı. Nəzərə alsaq ki, bizdə bərpaolunan enerji potensialı çox artacaq, əlbəttə, biz bu enerjini saxlamaq üçün infrastruktur yaratmalıyıq. Bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sistemi də yaradılır. Birinci layihə 250 meqavatlıqdır. Bunu "AzərEnerji" öz vəsaiti hesabına icra edir. Ancaq bizim artan potensialımız tələb edəcək ki, belə Batareya Enerji Saxlanc sistemlərinin sayı daha da çoxalsın və mən xarici investorları da bu işə dəvət edirəm.
Generasiya gücləri ilə bağlı isə təkcə bunu demək kifayətdir ki, imzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Əgər biz su elektrik stansiyalarının potensialını əlavə etsək, bizim potensialımız təbii ki, daha da böyüyəcək. Biz son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa etmişik. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur", - deyə ölkə başçısı bildirib..
00:24 / 03 Oktyabr 2026
137
23:52 / 02 Oktyabr 2026
109
23:39 / 02 Oktyabr 2026
86
23:31 / 02 Oktyabr 2026
441
23:27 / 02 Oktyabr 2026
98
23:24 / 02 Oktyabr 2026
104
23:22 / 02 Oktyabr 2026
86
23:15 / 02 Oktyabr 2026
99
23:09 / 02 Oktyabr 2026
99
22:57 / 02 Oktyabr 2026
323
22:52 / 02 Oktyabr 2026
82
22:37 / 02 Oktyabr 2026
99
22:28 / 02 Oktyabr 2026
180
22:27 / 02 Oktyabr 2026
84
22:25 / 02 Oktyabr 2026
284
22:23 / 02 Oktyabr 2026
97
22:14 / 02 Oktyabr 2026
93
22:09 / 02 Oktyabr 2026
83
21:56 / 02 Oktyabr 2026
115
21:55 / 02 Oktyabr 2026
1264
21:54 / 02 Oktyabr 2026
96
21:52 / 02 Oktyabr 2026
88
21:43 / 02 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.