Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan Elm Fonduna rəhbərlik edən xanım kimdir?     —     DOSYE 

Azərbaycan Elm Fonduna rəhbərlik edən xanım kimdir?     —     DOSYE 

CƏMİYYƏT

763

08.01.2026, 11:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Elm Fonduna rəhbərlik edən xanım kimdir?

Oxu24.com  mühüm vəzifə tutan  xanımlarla  bağlı  silsilə  araşdırma  yazılarını  təqdim  edir.

Azərbaycan Elm Fonduna Mehriban İmanova rəhbərlik edir.

Mehriban İmanova 26 fevral 1977-ci ildə Bakı şəhərində anadan olub. 1985-1995-ci illərdə Baki şəhəri 236 saylı orta məktəbdə təhsil alıb. 

1995-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin bakalavr təhsil pilləsinə daxil olmuş və 1999-cu ildə oranı bitirib.

1999-cu ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin magistratura pilləsinə daxil olub və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) bitirib. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının baş laborantı kimi əmək fəaliyyətinə başlayıb.

2010-cı ildə namizədlik dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2009-cu ildən Hesablama riyaziyyatı kafedrasında tam ştat müəllim, 2013-cü ildən dosent əvəzi, 2016-cı ildən isə dosent vəzifəsində çalışıb.

M. İmanova 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.

Hazırladı: Nərmin Balacayeva