Qaynar xətt:

(+99450) 247 90 86

Vəkilliyə qəbul üzrə elektron qeydiyyat açıldı

news/2025_11_05/vekil_1762326613.jpg

CƏMİYYƏT

98

08.01.2026, 11:34

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının növbəti test mərhələsində iştirak etmək üçün elektron sənəd qəbulu 8 yanvar 2026-cı il tarixindən başlayıb. 
Bu barədə Oxu24.com-a Vəkillər Kollegiyasından bildirilib.
Namizədlərdən növbəti test mərhələsində iştirak üçün bütün müraciətlər yalnız elektron formada qəbul olunur.
Qaydalara əsasən, elektron müraciət etmək istəyən namizədlər VK-nın rəsmi internet səhifəsindəki “Vəkilliyə qəbul” bölməsinə (//barassociation.az/candidate-login) daxil olaraq açılan pəncərədən “Namizəd qeydiyyatı”na keçid etməlidirlər.
VK ilə Dövlət İmtahan Mərkəzi arasında əldə edilmiş razılığa əsasən, test imtahanının dəqiq tarixi və digər ətraflı məlumatlar yaxın günlərdə əlavə olaraq açıqlanacaq.
Həmçinin namizədlər onlayn qaydada hazırlanan videotəlimatla tanış olaraq müraciət və qeydiyyat prosesini rahatlıqla həyata keçirə bilərlər.
 "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilmiş dəyişikliyə əsasən, vəkil peşəsinə qəbul üçün tələb olunan hüquq sahəsində iş stajı bir ilədək azaldılıb.