Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək
03 Oktyabr 2026, 09:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
797
07.01.2026, 22:49
Prezidentin yerli telekanallara müsahibəsində yaxın illərdə yeni 10 metro stansiyalarının tikintisinin nəzərdə tutulduğunu və bununla bağlı müvafiq proqramın qəbul edildiyini qeyd etməsi ictimai maraq doğurub.
Oxu24.com bildirir ki, Modern.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq, 10 stansiya ilə bağlı hazırda mərhələli işlər aparılır.
“Ümumən, Yaşıl xəttin üzərində Ağ şəhər, NZS, Nargilə adlanan ərazilərdə və “Həzi Aslanov-2” olmaqla 4 stansiya tikilməlidir. Bənövşəyi xətt üzrə “B-04” stansyasından sonra “Nizami”, “Sahil”, “Xətai” stansiyalarına keçid funksiyalı, “Neftçilər” xəstəxanası yaxınlığında və Ağ şəhər layihəsini əhatə edən ərazilərdə 6 yeni stansiya inşa edilməlidir. 2026-2030-cu illərdə Bənövşəyi xəttin “Xocəsən” elektrik deposunun inşasının ikinci mərhələsinin başa çatdırılması nəzərdə tutulub”.
Qeyd edilib ki, hazırda Bənövşəyi xəttin layihə adı “B-04” olan stansiyasında inşaatın əsas mərhələsi üzrə işlər davam etdirilir. Bununla yanaşı, hazırda əsas təchizat məsələləri, infrastruktura dair avadanlıq və sistemlərin, o cümlədən havalandırma, eskalator, lift və digər qurğuların quraşdırılması istiqamətində tədbirlər davam edir. İnşaat işlərinin 2026-cı il ərzində yekunlaşdırılması nəzərdə tutulur.
“2025-ci ildə həmçinin Qırmızı və Yaşıl xətlərin ayrılması üzrə mərhələli işlərə başlanılıb. Dövlət proqramına əsasən tikintisinə başlanılan “Dərnəgül” elektrik deposunda da işlər plan üzrə icra edilir. Hazırda təmir-baxış sahələrinin inşası, tunellərdə yolların qurulması işləri davam etdirilir.
Qeyd edilənlərlə yanaşı, xətlərin ayrılması layihəsi çərçivəsində “İçərişəhər” stansiyasının arxasında dönmə kamerasının inşasının tamamlanması, 2 yeni elektrik yarımstansiyasının inşası, habelə elektrik təchizatı sisteminin optimallaşdırılması nəzərdə tutulub”- açıqlamada bildirilib.
10:18 / 03 Oktyabr 2026
2
10:13 / 03 Oktyabr 2026
45
10:11 / 03 Oktyabr 2026
22
10:07 / 03 Oktyabr 2026
24
09:45 / 03 Oktyabr 2026
27
09:18 / 03 Oktyabr 2026
82
09:15 / 03 Oktyabr 2026
64
09:13 / 03 Oktyabr 2026
48
00:24 / 03 Oktyabr 2026
143
23:52 / 02 Oktyabr 2026
121
23:39 / 02 Oktyabr 2026
87
23:31 / 02 Oktyabr 2026
487
23:27 / 02 Oktyabr 2026
102
23:24 / 02 Oktyabr 2026
111
23:22 / 02 Oktyabr 2026
89
23:15 / 02 Oktyabr 2026
107
23:09 / 02 Oktyabr 2026
106
22:57 / 02 Oktyabr 2026
336
22:52 / 02 Oktyabr 2026
82
22:37 / 02 Oktyabr 2026
99
22:28 / 02 Oktyabr 2026
204
22:27 / 02 Oktyabr 2026
84
22:25 / 02 Oktyabr 2026
311
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.