Sabah 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə
08 Yanvar 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1258
07.01.2026, 22:00
Oxu24.com araşdırmasına görə, müasir tibbi avadanlıq, yüksək ixtisaslı həkim heyəti və xidmətin əlçatanlığı bu müəssisələri vətəndaşların ən çox üstünlük verdiyi tibb mərkəzlərinə çevirib.
Araşdırma nəticəsində ən keyfiyyətli dövlət xəstəxanalar bunlardır:
Yeni Klinika
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan Yeni Klinika tibb müəssisəsi 28 mart 2020-ci il tarixindən fəaliyyət göstərir.
Ümumi sahəsi 100 min kvadratmetrə yaxın və imkanlarına görə tam standartlara cavab verən tibb müəssisəsində 575 xəstə çarpayısı, 70 reanimasiya yeri və müasir cihazlarla təchiz olunmuş 21 əməliyyatxana mövcuddur.
Ümumilikdə 500-dən artıq həkim və tibbi heyətin çalışdığı Qafqazın ən böyük tibb müəssisəsində hal-hazırda Cərrahiyyə və Transplatasiya Mərkəzi, Ürək-damar Mərkəzi, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzi, Somatika və STROK mərkəzi, İnsult Mərkəzi (STROK), Hematologiya və sümük iliyi nəqli mərkəzi fəaliyyət göstərir. Qeyd edilən mərkəzlərin tərkibində isə 25 şöbə və 13 bölmə, mövcuddur.
Ölkəmizdə və hətta regionda ilk dəfə olaraq tibb müəssisələri arasında Yeni Klinika Amerika Birləşmiş Ştatlarının Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyətinin (HIMSS) xəstəxana məlumatlarının idarəedilməsi sistemi üzrə beynəlxalq dərəcəli nüfuzlu akkreditasiya sertifikatını əldə edib. Sertifikat HIMSS-in önəmli qiymətləndirmə modulu hesab olunan Elektron Tibbi Qeydiyyatın Adaptasiyası Modulu (EMRAM) VI səviyyə üzrə təqdim olunub. Sözügedən modul stasionar xidmət göstərən səhiyyə müəssisələrində istifadə olunur.
Qeyd edək ki, Yeni Klinika tibb müəssisəsində 6 iyun 2022-ci il tarixindən etibarən İcbari Tibbi Sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.
Yeni Klinikanın direktoru Barat Yusubovdur.
Mərkəzi Neftçilər Xəstəxanası
Xəstəxana çox keçmədən neft sənayesi işçilərinin sağlamlığının qorunması sahəsində Azərbaycanın ən böyük mərkəzinə çevrilib. Bir neçə il sonra burada yeni korpuslar tikilib, klinika keyfiyyətli tibbi xidmətləri təmin etməyə imkan verən bütün lazımi avadanlıqla təchiz edilib. Hazırda Mərkəzi Neftçilər Xəstəxanası ən müasir müalicə-diaqnostika avadanlıqları və gündəlik fəaliyyəti üçün lazım olan hər cür dərman preparatları ilə təmin edilib. Xəstəxananın zəngin maddi-texniki bazası və güclü kadr potensialı burada mürəkkəb cərrahi əməliyyatlar aparmağa imkan verir. Xəstəxanada üç tibb elmləri doktoru və 25 tibb elmləri namizədi çalışır.
Mərkəzi Neftçilər Xəstəxanası Azərbaycanın neftçilərinin və digər əhalinin sağlamlığının qorunmasında əsas rol oynayan önəmli bir tibb mərkəzidir.
Xəstəxana müxtəlif sahələrdə — daxili xəstəliklər, cərrahiyyə, pediatriya, kardiologiya, ginekologiya və digər ixtisaslarda xidmət göstərir. Bununla yanaşı, təcili yardım bölməsi 24/7 fəaliyyət göstərərək vətəndaşların sağlamlıq problemlərinə operativ müdaxilə edir.
Pasiyentlər xəstəxananın yüksək səviyyəli xidmətini, diqqətli tibbi heyəti və rahat şəraitini müsbət qiymətləndirirlər. Xəstəxana həmçinin profilaktik müayinələr, laborator testlər və müasir diaqnostik üsullarla ölkədə tibbin inkişafına töhfə verir.
Mərkəzi Neftçilər Xəstəxanası, Azərbaycan səhiyyə sistemində etibarlı və peşəkar tibbi xidmət göstərən nümunəvi müəssisə olaraq qalır.
Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasovdur.
Kliniki Tibbi Mərkəz
Ölkəmizin ən böyük dövlət tibb müəssisələrindən biri olan Kliniki Tibbi Mərkəz 10 korpus və köməkçi tikililərdən ibarətdir. Təxminən 12 ha əraziyə malik Mərkəz Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1 ünvanında yerləşir və burada ümumilikdə 40-a yaxın tibbi şöbə fəaliyyət göstərir.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) publik hüquqi şəxsin İdarə Heyətinin 27.04.2021-ci il tarixli 11 nömrəli qərarına əsasən, Bakı şəhərinin bir neçə - Ş.Ələsgərova adına 5 saylı Kliniki Doğum Evi, Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanası və 3 saylı Uşaq Xəstəxanasının ona qoşulması yolu ilə “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxs yenidən təşkil olunmuşdur.
13.12.2022-ci il tarixindən isə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun tərkibinə daxil olan Uşaq Nevroloji Xəstəxanası və Uşaq Bərpa Mərkəzi “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərir.
Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, “Publik hüquqi şəxslər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarını, bu Nizamnaməni və digər normativ aktları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in İdarə Heyətinin qərarlarını, Agentliyin, o cümlədən TƏBİB-in İdarə Heyəti sədrinin sərəncam və əmrlərini rəhbər tutur.
Mərkəz “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları və digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq fəaliyyət göstərir.
Müəssisə əsasən aşağıdakı vəzifələri yerinə yetirir:
-“Əhalinin sağlamlığının qorunması haqqında”, o cümlədən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq tibbi xidmət göstərmək,
- Əhaliyə ixtisaslaşdırılmış tibbi yardım göstərmək,
- Vətəndaşlara qanunvericiliklə müəyyən edilmiş qaydada stasionar müalicə və dispanser müşahidəsini təmin etmək,
- Qanunvericiliklə müəyyən edilmiş qaydada ilkin tibbi-sanitariya yardımı göstərmək,
- Elmi təbabətin və texnikanın nailiyyətləri əsasında müasir profilakitika, diaqnostika və müalicə üsullarını təcrübədə tətbiq etmək,
- Fəaliyyət sahəsi üzrə xəstələnmənin profilaktikası, tibbi yardımın keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirmək,
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək və s.
Kliniki Tibbi Mərkəzdə 1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən burada ödənişsiz istifadə edə bilər.
Tibb ocağı XX əsrin əvvəllərində Bakı milyonçusu Musa Nağıyev tərəfindən tikdirilib. M. Nağıyev 1900-cü illərdə Moskva, Peterburq, Hamburq, Berlin və s. böyük şəhərlərdə xəstəxana tikinti layihəsini həyata keçirməklə məşhurlaşan memar Bayevi Bakıya dəvət edir. Dəvəti qəbul edən memar Bakıya gələrək qısa müddətdə xəstəxananın layihəsini hazırlayır və bu layihə milyonçu tərəfindən bəyənilir. Memarın təklif etdiyi layihə böyük sahəni əhatə edir və tikinti işləri təxminən 10 ilə başa gəlir.
Həmçinin oxuyun
1914-cü ildə tikintisi başa çatdırılan xəstəxanada: 250 çarpayılıq cərrahi xəstələr, 400 çarpayılıq daxili xəstəliklər, 250 çarpayılıq infeksion xəstəliklər, 50 çarpayılıq dəri-zöhrəvi xəstəliklər və 50 çarpayılıq əsəb xəstəlikləri üçün nəzərdə tutulur. Xəstəxanaların tikinti materiallarında antibakterial materiallardan - gümüş tozundan, xüsusi kafeldən istifadə olunur. Tavanın 5 metrə yaxın hündürlüyü, pəncərələrin çox geniş, hündür olması və s. bu kimi şərtlər milyonçunun istəyi əsasında qurulur.
Təəssüf ki, tikilən bu tibb ocağı çox qısa bir müddət Ağa Musa Nağıyevin adını daşıyır. 1919-cu ildən 1990-cı illərə kimi xəstəxana “Semaşko” adı ilə məşhurlaşır. “Semaşko” kimi adlandırılması isə SSRİ-nin səhiyyə qurucularından biri sayılan Nikolay Semaşkonun adı ilə bağlı olur. Sonrakı illərdə “1 saylı Şəhər Xəstəxanası”, “1 saylı Klinik Tibbi Mərkəz” və “Kliniki Tibbi Mərkəz” adı altında tibb ocağının fəaliyyəti davam etdirilir. Hazırda tibb ocağı icbari tibbi sığortanın tətbiqi ilə yenidən formalaşdırılır. Tibbi və qeyri-tibbi sahələr üzrə yeniliklər – tibbi xidmətin yaxşılaşdırılması, ən müasir tibbi avadanlıqların alınması, yeni həkimlərin, xaricdə təhsil alan uzmanların cəlbi yolu ilə Mərkəz dünya səhiyyə standartlarına cavab verəcək şəkildə tam yenidən qurulur.
Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərovdur.
Bakı Sağlamlıq Mərkəzi
Bakı Sağlamlıq Mərkəzi cənab Prezident İlham Əliyevin 2010-cu il 6 avqust tarixli Sərəncamı əsasında inşa olunmuşdur. Əvvəllər Bakı şəhər Onkoloji Dispanserinin yerləşdiyi 1,4 hektar ərazidə istismara yararsız binalar sökülərək, onların yerində müasir çoxprofilli Mərkəzin tikintisi həyata keçirilmişdir. Dövlət başçısı cənab Prezident İlham Əliyev 2011-ci ilin iyulunda mərkəzin təməlqoyma mərasimində iştirak etmişdir, 2014-cü il mart ayının 17-də isə mərkəz əhalinin istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının cənab Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər. Cənab İlham Əliyev tərəfindən Bakı Sağlamlıq Mərkəzinə publik hüquqi şəxs statusu verilmişdir.
Son illər Respublikamızda səhiyyə sahəsində həyata keçirilən islahatlar tibb sektorunun inkişafını artmışdır. Aprılan islahatların mühüm istiqamətlərindən biri də İlham Əliyev cənabları tərəfindən Bakı Sağlamlıq Mərkəzinə publik hüquqi şəxs statusu verilməsidir.
Bununla da yeniliklər tətbiq olunmuş, struktur yenilənmiş, yeni avdanlıqlar alınmış, təmir-tikinti işləri aparılmış, yeni qiymətlər əlavə edilmişdir. Xəstəxanamızın özəlliklərindən biri Bakının mərkəzində, eyni zamanda bütün strateji tibbi müəssisələrin mövcud olduğu zonada yerləşməsidir.
“Öncə sağlamlıq” şüarı altında ən müasir texnologiya, pəşəkar personal, əlçatan və yüksək keyfiyyətli xidmət bu gün olduğu kimi gələcəkdə də dəyişmədən tətbiq ediləcəkdir. Biz xəstələrimiz üçün komfortlu mühit yaradır və onların sürətli şəkildə sağlamlıqlarına qovuşması üçün çalışır.
Xəstəxanamızda ölkədə mövcud olan geniş Təcili yardım şöbəsi, xanımlarımıza özəl hazırlanmış və dizayn edilmiş Qadın Mərkəzi, 2 angioqrafiya cihazına malik olan Kardiologiya şöbəsi, ildə 3000 əməliyyat ediləcək qədər tam təchiz olunmuş Kardiocərrahiyyə şöbəsi, Ortopediya-travmatologiya şöbəsi, anaların körpələri ilə sıx təmasda və ünsiyyətdə olması üçün məhz Qadın Mərkəzinin yaxınlığında yerləşən Neonotalogiya Şöbəsi, 20-yə qədər küveyzdən ibarət olan Yenidoğulmuşların Reanimasiyası və s. kimi şöbələr öz genişiliyi, müasirliyi, ən son texniki avanlıqları ilə fərqlənir və 7/24 xalqın xidmətindədir.
Məqsəd əhalinin sağlamlığını daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə müasir tələblərə uyğun əlçatan və keyfiyyətli tibbi xidmət göstərilməsidir.
Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənovdur.
Mirqasımov adına Respublika Klinik Xəstəxanası
Azərbaycanın ən böyük dövlət tibb müəssisələrindən biri olan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 212 ünvanında yerləşir.
Respublika Klinik Xəstəxanasında Təcili və Təxirəsalınmaz Tibbi Yardım, Ginekologiya, Cərrahiyyə, Üz-çənə cərrahiyyəsi, Oftalmologiya, Otorinolarqologiya, Fizioterapiya, Nefrologiya, Kardiologiya, Radiologiya, Laboratoriya, Hemodializ, Hemotologiya, Uşaq kardiologiyası, Uşaq radiologiyası, Qanköçürmə və s. şöbələr mövcuddur.
Hazırda tibb müəssisəsində 409 həkim (10-u uzman olmaqla), 630 tibb işçisi, 697 qeyri-tibb işçisi çalışır.
Respublika Uşaq Klinik Xəstəxanası Respublika Klinik Xəstəxanasının nəzdində fəaliyyət göstərir. Eləcə də xəstəxana tibbi kadrlar hazırlayan Azərbaycan Tibb Universitetinin, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, 1 saylı və 2 saylı tibb kolleclərinin tədris bazasıdır.
Tibb müəssisəsində 1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən burada ödənişsiz istifadə edə bilər. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi yetərlidir.
Qeyd edək ki, gün ərzində Respublika Klinik Xəstəxanasına müraciət edən pasientlərin sayı 1600-2300, özəl tibb müəssisələrinə göndərilən göndərişlərin sayı isə 30-80 arası dəyişir.
Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımovdur. 
Beləliklə, ölkəmizin aparıcı xəstəxanaları vətəndaşlara yüksək səviyyəli tibbi xidmət təqdim etməyə davam edir. Müasir avadanlıqlar, təcrübəli həkimlər və geniş klinik imkanlar sayəsində sağlamlığın qorunması və müalicənin effektivliyi daha da təmin olunur. Bu müəssisələr hər bir vətəndaş üçün etibarlı və keyfiyyətli tibbi yardımın təminatçısı olaraq seçilir.
Hazırladı: Nərmin Balacayeva
23:49 / 08 Yanvar 2026
1
23:48 / 08 Yanvar 2026
8
23:44 / 08 Yanvar 2026
9
23:42 / 08 Yanvar 2026
12
23:39 / 08 Yanvar 2026
14
23:36 / 08 Yanvar 2026
15
23:32 / 08 Yanvar 2026
18
23:24 / 08 Yanvar 2026
28
23:24 / 08 Yanvar 2026
44
23:16 / 08 Yanvar 2026
25
23:15 / 08 Yanvar 2026
22
23:05 / 08 Yanvar 2026
40
22:58 / 08 Yanvar 2026
37
22:53 / 08 Yanvar 2026
496
22:42 / 08 Yanvar 2026
30
22:36 / 08 Yanvar 2026
53
22:30 / 08 Yanvar 2026
144
22:19 / 08 Yanvar 2026
42
22:09 / 08 Yanvar 2026
1705
22:09 / 08 Yanvar 2026
78
22:03 / 08 Yanvar 2026
54
21:57 / 08 Yanvar 2026
1771
21:49 / 08 Yanvar 2026
93
21:35 / 08 Yanvar 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.